Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:46

Putin deyir ki, Türkiyə ilə münasibətlər 'tam bərpa' olunub


Türkiyə və Rusiya prezidentləri Erdoğan və Putin noyabrın 13-də Soçidə görüşüblər.
Türkiyə və Rusiya prezidentləri Erdoğan və Putin noyabrın 13-də Soçidə görüşüblər.

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdoğanla Soçi şəhərində keçirilən görüşü zamanı deyib ki, iki ölkə arasında münasibətlər normal vəziyyətinə qayıdıb.

İki prezident Soçi görüşü zamanı Suriya münaqişəsini müzakirə etməli idilər.

Rusiyanın dövlət TASS xəbər agentliyinin məlumatına görə noyabrın 13-də keçirilən görüş zamanı Putin deyib: “Görüşümüzün əvvəllində qeyd etmək istərdim ki, bizim aramızda münasibətlər praktik olaraq tam bərpa olunmuş hesab edilə bilər”.

Rusiya və Türkiyə arasında münasibətlər Türkiyə 2015-ci ilin noyabrında Rusiyanın hərbi təyyarəsini Suriya sərhədi üzərində vurduqdan sonra son dərəcə pis korlanmışdı. O vaxtdan bəri həm Putin, həm də Erdoğan münasibətlərin bərpa edilməsi üçün qarşılıqlı addımlar atıblar.

İranla birlikdə Rusiya və Türkiyə Qazaxıstanın Astana şəhərində Suriya münaqişəsinin çözümü üçün danışıqlar prosesinə başlayıblar.

Noyabrın 13-də Soçiyə yollanmazdan əvvəl Türkiyə prezidenti İstanbul hava limanında jurnalistlərin suallarına cavab verərkən Putini “mənim əziz dostum” adlandırıb.

Kreml xəbər verirdi ki, Putin və Erdoğan “terrorizmlə birgə mübarizə” də daxil regional və beynəlxalq məsələləri müzakirə etməli idilər. Bu danışıqların gündəliyinə Suriya münaqişəsinə son qoyulması yolları da daxil idi.

Onların habelə iki ölkə arasında artmaqda olan ikitərəfli ticarət və eneji sahəsində əməkdaşlığın məsələlərini müzakirə edəcəkləri gözlənilirdi.

Erdoğan bunu da bildirib ki, Putinlə S-400 raket sistemlərinin alqı-satqısının detallarını müzakirə edəcək.

Putin və Erdoğan son dəfə sentyabrın 28-də Ankarada görüşüblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG