Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:22

'Putin-lə Erdoğan çox şeyi həll edə bilərlər'


V.Putin və R.T.Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan martın əvvəli Moskvaya səfərə hazırlaşır. Rusiyanın Gazeta.ru saytı səfərdən gözləntiləri Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış-la müzakirə edib. Y.Yakış deyib ki, Rusiya prezidenti Vladimir Putin-lə R.T.Erdoğan birlikdə çox şeyi həll etməyi bacararlar, həm də bu səfər bəzi şübhələrə son qoya bilər.

«İndi Türkiyə ABŞ-ın yeni prezidenti Donald Trump-la dialoqa açıqdır. Obama administrasiyası ilə belə dialoq yox idi. Ona görə də, bəziləri Türkiyənin Rusiyayla münasibətləri zərbə altında qoyaraq, yenə ABŞ-a tərəf meyllənəcəyini düşünür. Prezidentin səfəri bu düşüncənin əsassız olduğunu göstərməlidir», – deyən Y.Yakış vurğulayıb ki, ABŞ-ın yeni administrasiyasının siyasəti Türkiyənin Rusiyaya yanaşmasında mühüm rol oynayacaq, amma bu, Ankaranın Vaşinqtonun siyasətiylə tam razılaşacağına dəlalət etmir.

İRANLA HƏMRƏY OLAN MƏSƏLƏ

Qəzet yazır ki, hazırda Rusiya ilə Türkiyəni birləşdirən Suriya məsələsidir. Onlar İranla birlikdə Suriya problemini həll etməyə çalışır, amma maraqları üzündən ziddiyyətlərlə üzləşirlər. Y.Yakış bu maraqların təbii saydığını, hansısa məsələnin həllindən ötrü maraqların tam üst-üstə düşməsini gözləməyin mənasız olduğunu deyib. Onun sözlərinə görə, əməkdaşlıq etmək istəyən ölkələr diqqəti maraqların uyğun gəldiyi sahələrə yönəltməlidirlər. Hərbi əməkdaşlıq indi Rusiyayla Türkiyəni birləşdirən vacib məqamlardan biridir.

Suriyada kürd döyüşçülər.
Suriyada kürd döyüşçülər.

Kürd məsələsinə gəlincə, Y.Yakış bu yerdə ruslarla, həmçinin amerikalılarla türklərin fikir ayrılığı olduğunu təsdiqləyib. ABŞ da, Rusiya da Suriyadakı kürd yaraqlılarından faydalanmağa çalışırlar. Türkiyə isə onların silahlanmasına, daha geniş ərazilərə sahiblənməsinə qarşı çıxır. Y.Yakış bu məsələyə aydınlıq gətirərək, Türkiyənin bütün kürdlərlə deyil, Suriya torpaqlarını kürdlərin ərazisinə çevirməyə çalışanlarla mübarizə apardığını, məhz bu məsələdə İranla tam həmrəy olduqlarını söyləyib.

YANLIŞ SİQNAL

Y.Yakış-ın sözlərinə görə, Suriyada vuruşan kürd yaraqlıları kürdlərin azlıq təşkil etdiyi əraziləri də tutandan sonra başqa zonalardakı həmvətənlərini ora köçürür, əhalinin tərkibini dəyişməyə çalışırlar. Türkiyə bunun qarşısını almağa, həmin ərazilərdə yaşayan türkmanların və ərəblərin qovulmasını önləməyə çalışır: «İran da anlayır ki, kürdlər Suriyada böyük bir yaşayış zolağına sahiblənməklə həm Türkiyədə, həm də İrandakı kürdlərə yanlış siqnal vermiş olarlar».

Son zamanlar Türkiyəylə İran arasında gərginlik yaşanır, Türkiyə İranı regionda şiəliyin təbliğində, şiə dairəsini genişləndirməyə cəhddə günahlandırıb. İran isə türk əsgərlərinin Suriyadan çıxmalı olduğunu söyləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG