Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 05:56

Ərdogan: 'Spasibo!'- Putinlə görüşdü


Erdogan dostu Putindən dəstək gözlədiyini deyir
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Erdogan dostu Putindən dəstək gözlədiyini deyir

-

Rusiya prezidenti Vladimir Putin avqustun 9-da Sankt-Peterburqda türkiyəli həmkarı Racep Tayyip Erdoganı qəbul edib.

Görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

Vladimir Putin deyib ki, bu səfər münasibətləri bərpa etmək istəyimizdən xəbər verir.

“Türkiyə daxilindəki çox çətin siyasi vəziyyətə baxmayaraq, sizin bugünkü səfəriniz o deməkdir ki, biz dialoq və münasibətləri hər iki xalqın maraqları naminə bərpa eləmək istəyirik.

Erdogansa Moskva ilə Ankara arasındakı münasibətlərin həqiqətən də müsbət mərhələyə daxil olduğunu deyib.

Buna da bax: Erdoğan: “Əziz dostum Vladimirin dəstəyinə ehtiyacım olacaq...”

O deyib ki, atdığımız birgə addımlar, iki ölkə arasında əməkdaşlığı genişləndirəcək.

Qeyd edək ki, Türkiyə ötən ilin noyabrında Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşmişdi.

Moskva buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq eləmişdi.

Erdogan həmin insident vaxtı həlak olan poliotun ailəsindən üzr istədikdən sonra münasibətlər istiləşməyə başlayıb.

Rusiya təyyarəsi Türkiyə sərhədində belə vuruldu

Rusiya təyyarəsi Türkiyə sərhəddində belə vuruldu
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

XS
SM
MD
LG