Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:27

Erdoğanla Putinin yaxınlaşması Əliyev üçün pis xəbərdir


Vladimir Putin və Recep Tayyip Erdoğan
Vladimir Putin və Recep Tayyip Erdoğan

Selina Williams “The Wall Street Journal” qəzetində yazır ki, Türkiyə-Rusiya yaxınlaşması Azərbaycan üçün pis xəbərdir.

Məqalədə deyilir ki, Rusiya və Türkiyənin aralarındakı qaz kəməri layihələrini yenidən canlandırmaq niyyətlərini elan etməsi Avropanın Rusiyanın qaz asılılığından azad olmaq səylərini heçə endirə bilər.

İlham Əliyev Azərbaycanı böyük qaz ixracatçısına çevriməyi planlaşdırır
İlham Əliyev Azərbaycanı böyük qaz ixracatçısına çevriməyi planlaşdırır

Avropa İttifaqı Rusiya qazından məhz Azərbaycandan nəql olunacaq qazın hesabına xilas olmağı planlaşdırır.

Prezidentlər Putin və Erdoğan Sankt Peterburqda keçirilən görüşdə TürkAxını adı ilə tanınan layihəni yenidən canlandırmaq niyyətlərini bəyan ediblər. Bu layihə üzrə tikilməli olan kəmər Sibir qazını Qara Qara dənizin dibi ilə Türkiyəyə nəql etməlidir.

Selina Williamsxatırladır ki, bu layihə, Türkiyə ötən noyabrda Rusiya hərbi təyyarəsini vurub saldıqdan sonra dayandırılmışdı.

Məqalədə deyilir ki, layihə gerçəkləşərsə, yeni kəmər Türkiyəyə onun ehtiyacı olduğundan artıq həcmdə qaz gətirəcək.Bu isə Türkiyəni Avropaya gedən qaz kəmərləri üçün qovşaq kimi möhkəmləndirəcək.

Azərbaycana zərbə

Williams yazır ki, "bu, Azərbaycana zərbə ola bilər. Prezident İlham Əliyev öz ölkəsini əsas qaz ixracatçısına çevirmək niyyətini bəyan etmişdi".

Ölkə tükənməkdə olan neft gəlirlərinin yerini qaz gəlirləri ilə doldurmağa ümid edir.

Bu Azərbaycana zərbə ola bilər. Prezident İlham Əliyev öz ölkəsini əsas qaz ixracatçısına çevirmək niyyətini bəyan etmişdi. Ölkə tükənməkdə olan neft gəlirlərinin yerini qaz gəlirləri ilə doldurmağa ümid edir

Məqalədə deyilir ki, Azərbaycan və Avropa rəsmiləri Azərbaycan qazını Xəzərdən Yunanıstan və İtaliyaya nəql etməli olan 3540 kilometrlik qaz kəməri layihəsinə böyük ümidlər bağlayırlar.

Ötən may ayında Avropa Komissiyasının vise-prezidenti Maros Sefcovic bu kəməri “Avropanın enerji mənbələrinin şaxaləndirilməsi məqsədləri üçün həyatu dəhliz” adlandırmışdı.

ABŞ Dövlət Departamenti 2013-cü ildə layihəni “qlobal enerji təhlükəsizliyinə mühüm töhfə” kimi dəyərləndirmişdi.

Williams yazır ki, cənub dəhlizi ilə qazın Avropaya nəqlinə 2019-cu ilin sonlarında başlanacağı gözlənilir, lakin TürkAxınının eyni ildə bazara gəlişi cənub dəhlizinin tutumunun genişləndirilməsini kommersiya baxımından mənasız edə bilər.

Jurnalist bildirir ki, Azərbaycanın enerji rəsmiləri bu barədə şərh verməkdən boyun qaçırıblar.

Yalnız kababa çatar

Məqalədə deyilir ki, son onillikdə Azərbaycanın qaz hasilatı iki dəfə artsa da, neft qiymətlərinin kəskin enişi ölkənin gəlirlərini azaldıb.

Bu da qeyd edilir ki, Azərbaycanın qaz yataqları dənizdə olduğundan onların işlənməsi və qazın hasilatı çətin və baha başa gəlir.

Gazprom şirkətinin vise-prezidenti Aleksandr Medvedev demişdi ki, Azərbaycanın qazı yalnız kabab bişirməyə çatar
Gazprom şirkətinin vise-prezidenti Aleksandr Medvedev demişdi ki, Azərbaycanın qazı yalnız kabab bişirməyə çatar

Wood Mackenzie’s firmasında Xəzər tədqiqatları üzrə ekspert Samuel Lussac deyib ki, neft qiymətlərinin yaratdığı hazırkı mühitdə qazdan kommersiya gəliri götürmək daha çətin olacaq.

Məqalədə deyilir ki, Azərbaycanın özünün də qaza olan ehtiyacı artmaqda davam edir.

Williams xatırladır ki, Rusiya Azərbaycanın qaz ixracı sahəsində rəqibliyinə ciddi baxmırdı.

Bir neçə il əvvəl Gazprom şirkətinin sədr müavini Aleksandr Medvedev investoralar qarşısında rişxənd edərək demişdi: “Azərbaycanın qazı yalnız kabab bişirməyə çatar”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG