Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:31

Putin Erdoğana başsağlığı verib


Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan
Vladimir Putin (solda) və Recep Tayyip Erdoğan

Rusiya prezidenti Vladimir Putin oktyabrın 30-da özünün türkiyəli həmkarı Recep Tayyip Erdoğana İzmir vilayətində baş vermis zəlzələdə həlak olanlara görə başsağlığı verib.

Putinin Erdoğana məktubunda deyilir:

“Mən xəsarət alanların tez bir zamanda sağalmasına ümid edir və ölənlərin ailələrinə başsağlığımı bildirirəm”.

Anadolu agentliyinin yazdığına görə oktyabrın 30-da Türkiyənin İzmir vilayətində 6.6 bal gücündə zəlzələ olub.

Bu da xəbər verilir ki, silkələnmələr Egey dənizi hövzəsində, 16.5 kilometr dərinlikdə qeydə alınıb.

İzmir böyüklüyünə görə Türkiyənin üçüncü şəhəridir.

Türkiyədən alınan rəsmi xəbələrdə deyilir ki, zəlzələ nəticəsində 12 nəfər həlak olub və 400 nəfər xəsarət alıb.

Xilasedicilər zəlzələ nəticəsində dağılmış 12 binada işləyirlıər.

İzmir qubernatoru Yavuz Selim Köşger deyib ki, 4 bina tamamilə dağlıb və onların xarabalıqlarından 70 nəfər xilas edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG