Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:41

Putin və Erdoğan Suriyanı müzakirə ediblər


Putin və Erdoğan (sağda) Jukovskidə keçirilən aviasiya şousuna tamaşa ediblər
Putin və Erdoğan (sağda) Jukovskidə keçirilən aviasiya şousuna tamaşa ediblər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Erdoğan avqustun 27-də Moskva yaxınlığında görüşüblər.

İki liderin başlıca olaraq Suriya münaqişəsi ilə bağlı məsələləri müzakirə etdiyi bildirilir.

Putin danışıqlardan sonra deyib ki, o və Erdoğan Suriyanın İdlib qəzasının “terroçulardan” təmizlənməsi məqsədilə əlavə birgə tədbirləri müəyyənləşiriblər.

İdlib qəzası anti-Assad qüvvələrinin sonuncu istehkamıdır.

Putin deyib ki, əlavə birgə tədbirlərlə İdlibdəki “terrorçu yuvalarının neytrallaşdırılması” bütövlükdə Suriyada vəziyyətin normallaşması ilə nəticələnərdi.

Putin bunu da bildirib ki Türkiyə prezidenti Suriyanın vahid dövlət şəklində qalmasının mühümlüyünü vurğulayıb.

Erdoğan İdlibdə yaranmış vəziyyətlə bağlı deyib:

"Vəziyyət o qədər mürəkkəbləşib ki, hazırda bizim qoşunlarımız təhlükədədir. Biz bunun davam etməsini istəmirik. Burada atılması mühüm olan bütün addımlar atılacaq”

Bundan əvvəl Ankara bildirmişdi ki, Rusiya tərəfindən dəstəklənən Assad hökumətinin İdlibi bombardman etməsi humanitar böhran yaradır və Türkiyənin milli təhlükəsizliyinə hədədir.

Türkiyə indiyədək öz ərazisində Suriyadan qaçqın düşən 3, 6 milyon insanı qəbul edib.

İdlibə hazırda bir vaxtlar Suriya əl-Qaedasına bağlı Hayat Təhrir əş-Şəm təşkilatı nəzarət edir.

Sentyabrın 16-da Ankarada keçiriləcək sammitdə Putin, Erdoğan və Rohani bir araya gələcəklər.

Erdoğan Rusiyaya səfəri zamanı Moskva yaxınlığındakı Jukovski şəhərində MAKS aviasiya şousuna tamaşa edib.

Burada Rusiya hərbiyyəsinin ən son silahları, o cümlədən Su-57 stels təyyarəsi nümayiş etdirilib.

Tədbirin açılışında çıxış edən Putin deyib ki, o Rusiya aviasiya sənayesinin türkiyəli partnyorları maraqlandıracağına ümid edir.

Avqustun 27-də Türkiyə habelə Rusiyadan göndərilən S-400 raket sisteminin ikinci dəstini qəbul edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG