Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:31

“Putin dəstələri” Krasnodarda Navalnının ofisinə basqın edib


Aleksey Navalnı
Aleksey Navalnı

Rusiyadan alınan xəbərlərdə deyilir ki, özlərini “Otryadı Putina” (Putin dəstələri) adlandıran qrup avqustun 3-də Krasnodar şəhərində müxalifət lideri Aleksey Navalnının yerli qərargahına hücum edib.

Navalnının kampaniyaçıları xəbər verirlər ki, hücum edənlərin əksəriyyəti yaşlı qadınlar olub.

Xəbərlərdə deyilir ki, hücum edənlər pəncərələri və giriş qapısını sındırıblar.

Hücum edənlərdən bir gənc qadın ambulansla xəstəxanaya aparılıb.

Müxalifət fəalları bildirirlər ki, hücum edənlərdən bir kişi Navalnının ofisində polis tərəfindən saxlanıb, lakin qısa dindirmədən sonra sərbəst buraxılıb.

Bu hücumdan əvvəl özünü Putin dəstələri adlandıran təşkilatın yerləşdiyi binaya naməlum şəxslər tərəfindən “Putin faşistdir” qraffitisi yazılmışdı.

Navalnının Krasnodar ofisi bildirir ki, bu qraffiti ilə heç bir əlaqəsi yoxdur.

Müxalifət liderinin fəallları deyirlər ki, Putin dəstələri Navalnının Krasnodar ofisinə iyulun 31-də hücum ediblər və içəridəki plakat və avadanlığı yararsız hala salıblar.

Xəbər verilir ki, hücum edənlər ofisin qapısına taxta parçaları mıxlayıblar.

Antikorrupsiya blogeri Navalnı hazırda 2018-ci ilin prezident seçkisi üçün fəal kampaniya aparır.

Bu seçkidə Vladimir Putin 4-cü müddət uğrunda mübarizə aparacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG