Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:54

Putin Davos çıxışında 'dünya' və Qarabağ müharibəsindən danışıb


Davosda keçirilən Dünya İqtisadi Forumunda yanvarın 27-də videobağlantı vasitəsilə çıxış edən Rusiya prezidenti Vladimir Putin dünyada yaranmış hazırkı vəziyyəti 1930-cu illərlə müqayisə edib və deyib ki, belə bir şəraitdə “hamı hamıya qarşı” tipli müharibələr mümkündür.

Lakin o dərhal əlavə edib ki, böyük müharibənin olmayacağına ümid edir.

Rusiya prezidenti çıxışında ABŞ-ın texnologiya nəhənglərindən söz açıb və deyib ki, hazırda onlarla “demokratik seçilmiş” hökumətlər arasında qarşıdurma yaranıb.

O buna misal olaraq yanvarın əvvəllərində ABŞ-da baş verənləri xatırladıb.

ATƏT-in Minsk qrupu da yaddan çıxmayıb

Putin habelə lokal münaqişələrin çoxalmasına diqqəti çəkib və Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədən və bu müharibənin Rusiyanın səyləri ilə dayandırılmasından danışıb.

Rusiya prezidenti bəyan edib ki, Moskva-Bakı-Yerevan arasında əldə olunmuş razılaşma uğurla yerinə yetirilir.

O qeyd edib ki, ATƏT-in Minsk qrupu lokal münaqişələrin beynəlxalq səviyyədə çözülməsi formatının nümunəsi kimi qiymətləndirilə bilər.

Rusiya prezidenti habelə, dünyada varlılarla yoxsullar arasında uçurumun genişlənməsindən, ölkəsinə qarşı "qanunsuz" sanksiyalardan, Çinin uğurlu iqtisadi modelindən və pandemiyanın hələ uzun müddət sürə biləcəyindən bəhs edib.

XS
SM
MD
LG