Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Putin Dağıstanın rəhbərini dəyişir


Sergey Melikov
Sergey Melikov

Rusiya prezidenti Vladimir Putin Dağıstan Respublikasının rəhbərliyində dəyişiklik edib.

Kreml oktyabrın 5-də bildirib ki, Putin Vladimir Sergey Vasilyevin vəzifəsindən azad edilməsi ilə bağlı onun xahişini qəbul edib.

Xəbərdə Vasilyevin vəzifəsindən niyə getmək istədiyi açıqlanmır.

Bəyanatda deyilir ki, Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının üzvü Sergey Melikov Dağıstan Respublikası başçısının əvəzi təyin edilib.

2017-ci ilin oktyabrında Putinin Dağıstandan olmayan Vasilyevi respublikaya rəhbər təyin etməsi təəccübə səbəb olmuşdu. O vaxt onun 68 yaşı vardı və o parlamentdə hakim Vahid Rusiya partiyası fraksiyasının rəhbəri idi.

O vaxt şərhçilər bildirirdilər ki, bu təyinatdan məqsəd Dağıstanda dərin kök salmış korrupsiyaya qarşı mübarizənin təşkilidir.

General-leytenant Vasilyev keçmiş polis zabiti idi və daxili işlər nazirinin müavini olmuşdu.

55 yaşı Sergey Melikov da general-polkovnikdir. O 2014 və 2016-cı illər arasında Şimali Qafqaz Federal Ərazisində prezidentin xüsusi nümayəndəsi olub.

Melikov 2016-cı ildə Federasiya Şurasına üzv olanadək Rusiya Milli Qvardiyası direktorunun müavini idi.

Çoxmillətli Dağıstan idarə olunması mürəkkəb olan bir bölgədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG