Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:12

Putin dəyişiklik istəyir, yoxsa istəmir?


Rusiya prezidenti Vladimir Putin yanvarın 22-də deyib ki, onun ölkəsinə güclü prezident hakimiyyəti lazımdır, çünki hakimiyyətin parlament forması bir çox ölkələrdə “yaxşı işləmir”.

"Bu formanın bizdə istifadəsi mümkündürmü? Nəzəri baxımdan mümkündür. Məqsədəuyğundur, yoxsa yox? Bu barədə hərənin öz fikri var. Mən hesab edirəm ki, bu forma bizə yaramır. Biz eksperiment keçirə bilmərik”.

Lipetsk şəhərində keçirilən görüş zamanı Putin daha sonra deyib:

"Düşünürəm ki, nəhəng ərazisi, çox sayda inancları, böyük sayda millətləri, xalqları və etnik qrupları olan ölkəyə hər halda güclü prezident hakimiyyəti lazımdır”.

Putin iddia edib ki, “Qərb ekspertlərinin özləri də parlamentarizmin böhran vəziyyəti yaşadığını deyirlər və bu sistemi daha səmərəli etmək üzərində düşünürlər”.

Rusiya prezidenti fikrini belə izah edib:

"Bəzi ölkələrdə sabit siyasi partiyalar şəklində siyasi infrastruktur olsa da, onlar yarım il müddətində hökuməti təşkil edə bilmirlər. Alınmır...Siz təsəvvür edirsinizmi ki, Rusiya yarım il ərzində hökumətsiz necə yaşayardı? Fəlakət olardı! Şərti olaraq təsəvvür edin: Bəzi partiyalar deyirlər ki, atom enerjisi də daxil, bütün enerji növlərindən istifadə etmək lazımdır. Bir başqa partiya atom enerjisini yaxına buraxmır. Sonra bu iki partiya koalisiyaya daxil olur. Bu koalisiya ümummilli problemləri necə həll edə bilər?”

Yanvarın 15-də özünün ölkədəki vəziyyətə dair nitqində Putin Rusiyada Konstitusiya dəyişikliklərinə ehtiyac olduğunu bildirmişdi.

Bununla belə, prezident deyib ki, Rusiyaya köhnə konstitusiyadan radikal şəkildə fərqlənən yeni konstitusiya lazım deyil.

O əlavə edib ki, hazırda Rusiyada siyasi sistemin də prinsipial şəkildə dəyişdirilməsinə ehtiyac yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG