Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:38

Putin deyir ki, Butinanın adını ilk dəfə o həbs olunanda eşidib


Rusiya prezidenti Vladimir Putin deyib ki, ötən iyulda Birləşmiş Ştatlarda qeydiyyatsız agent kimi işləməkdə ittiham olunan qadının adını ilk dəfə o həbs edildikdən sonra eşidib.

Putin dekabrın 11-də deyib ki, o 30 yaşlı Maria Butina barədə Rusiya kəşfiyyat xidmətlərindən soruşanda onun varlığı barədə kiminsə xəbərinin olmadığı bəlli olub.

İllər ərzində ABŞ-ın siyasi təşkilatları və mühafizəkar fəalları ilə əlaqələr qurmaqda ittiham edilən Butina zaminə buraxılmaq hüququ olmadan həbsxanada saxlanır.

Putin Butina haqqında deyib: “Onu 15 il müddətinə həbsxana cəzası gözləyir. Niyə? Mən bütün kəşfiyyat xidmətlərimizin başçılarından nə baş verdiyini soruşmuşam. Onu heç kim tanımır”.

Maria Butinanın həbsxana şəkli
Maria Butinanın həbsxana şəkli

Butina Rusiya hökumətinin ABŞ-da qeydiyyatsız agenti olduğuna dair ittihamlarda əvvəlcə özünü təqsirli bilmədiyini bildirib.

Lakin dekabrın 10-da açıqlanmış məhkəmə sənədlərindən məlum olub ki, onun vəkilləri və prokurorlar təfərrüatları açıqlanmayan razılaşma əldə ediblər. Bu razılaşmaya əsasən Butinanın bu həftə keçiriləcək məhkəmə dinləməsində onun ilkin ifadəsi dəyişdirilməlidir. Bu, onun təqsirini etiraf edəcəyini göstərən əlamət sayılır.

Butina Silah Gəzdirmək Hüququ adlı kiçik rus qrupuna rəhbərlik edirdi. İndi məlum olub ki, bu qrupu prezident Vladimir Putinin müttəfiqi, siyasətçi Aleksandr Torshin maliyyələşdirirmiş.

ABŞ Ədliyyə Nazirliyi bildirir ki, Butina Rusiya hökumətinin adından Donald Trump da daxil yüksək vəzifəli respublikaçı siyasətçilərə təsir göstərməyə çalışıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG