Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 04:08

Putinin prezidentliyinə etiraz edəni ruhi xəstəxanadan buraxıblar


Maksim Panfilov

Rusiyada 2012-ci ildə prezident Vladimir Putinin inaqurasiyası ərəfəsində Moskvada təhlükəsizlik qüvvələri ilə toqquşmada iştirak etməkdə günahlandırılan şəxs psixiatrik klinikadan buraxılıb.

Yanvarın 22-də Həştərxan məhkəməsinin çıxardığı hökmdə deyilir ki, Turet sindromu diaqnozu qoyulmuş Maksim Panfilov “psixiatrik klinikadan kənarda ambulator müalicəyə” keçirilməlidir.

Panfilov 2012-ci ilin mayında Moskvanın Bolotnaya meydanında etiraz edən onlarca başqa iştirakçı ilə birlikdə 2016-cı ildə həbs edilmişdi. Bundan sonra ona mühakimə olunmasına imkan verməyən diaqnoz qoyulmuş və o doğma şəhəri Həştərxandakı ruhi klinikaya göndərilmişdi.

Polis sözü gedən iğtişaşlarda 400-dək etirazçını həbs etmişdi. Saxlananlar və polis iğtişaşlara görə bir-birlərini günahlandırırdılar.

Rusiya müxalifətinin ən böyük aksiyalarından olan həmin nümayişdə, iştirakçılar Putinindörd il baş nazir olduqdan sonra prezidentliyə qayıtmaq qərarına və geniş miqyaslı seçki fırıldağına etiraz edirdilər.

Bu hadisə ilə bağlı 30-dan çox adam mühakimə olunmuş, onların 20-dən çoxu müxtəlif cəza müddətlərinə məhkum edilmişdi.

Bu iş üzrə azadlıqdan məhrum edilmişlərdən sonuncusu – İvan Nepomnyaşix 30 aylıq həbsxana müddətini ötən avqustda başa vurub, bundan iki həftə sonra isə Birləşmiş Ştatlara gedib.

Etirazlar baş verəndə, ümumiyyətlə Moskvada olmadığında israr edən Dmitri Buçenkov isə iş üzrə son şübhəli idi. Onun da sonradan Rusiyadan qaçdığı xəbər verilib.

Amnesty International bildirir ki, sözü gedən nümayiş zamanı polis kütləni dağıtmağa yox, əzişdirməyə çalışıb.

Təşkilatın hesabatında qeyd olunurdu ki, bu iş üzrə mühakimə olunanların hamısına qarşı irəli sürülmüş ittihamlar siyasi motivli idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG