Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:51

Putin bəyannamədə göstərmədiyi motosikleti olmasının üstünü açıb


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin bəyannamədə göstərmədiyi motosikleti barədə məlumat verib.

Prezident Yekatinburqda keçirilən “İnnoprom” sərgisində “Mitsubishi” motesikletlərinin qoyulduğu guşəyə baş çəkib və onun da bu markadan motesikleti olduğunu deyib.

“Məndə belə yox, amma sizin şirkətin istehsalı olan motosiklet var. Amma düzü onu süməyə can atmıram”, Putin deyib.

Vladimir Putin 2016-cı ildə gəlirləri ilə bağlı bu il dərc edilmiş bəyannamədə isə bunları göstərib:

“ QAZ M21” avtomobili

“Niva” avtomobili

“Skif” avtomobil qoşqusu

Motosiklet barədə isə məlumat verməyib.

Bu mətbuatda hallandıqdan sonra prezidentin sözçüsü Dimitri Peskov məsələyə aydınlıq gətirməli olub.

Onun sözlərinə görə, Putinin motosikleti yoxdur, amma bir neçə dəfə prezidentin mühavizəsi ilə məşğul olan xüsusi təyinatlı hissənin qarajındakı “Kawasaki” motosikletini sürüb.

Hazırda bu qarajın avtoparkında dövlət vəsaitinə alınmış “Mersedes”, “ZİL”, “Volvo”, “Folksvaqen” və s markalı 100-dən çox avtomobil, o cümlədənBMW və “Ural” markalımotosikletlər var.

Amma bundan əvvəl qarajda “Kawasaki” markalı motosiklet olması barədə məlumat verilməmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG