Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:16

Putin deyir, Belarusda taktiki nüvə silahı yerləşdiriləcək, Kiyev...


Rusiyanın Sarmat raketi, 1 mart 2018
Rusiyanın Sarmat raketi, 1 mart 2018

Ukrayna Rusiya prezidentinin Belarusda Rusiya nüvə silahlarının yerləşdirilməsi ilə bağlı bəyanatından sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edir.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin martın 26-da yaydığı bəyanatında deyilir.

Kiyev BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - Fransa, Böyük Britaniya, ABŞÇindən qəti addımlar gözlədiyini bildirir.

Rusiya da BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və o, veto hüququna malikdir.

***

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək. Bunu Rusiya prezidenti Vladimir Putin martın 25-də “Rossiya-24” kanalında gedən müsahibəsində deyib.

Onun sözlərinə görə, Aleksandr Lukaşenka ouzun müddətdir ki, ondan bu silahların Belarusda yerləşdirməyi xahiş edir.

Putin deyib ki, Belarusda taktiki nüvə silahlarının saxlanması üçün anqarın tikintisi iyulun 1-dək başa çatdırılmalıdır. O, taktiki nüvə silahından istifadə edə bilən “İsgəndər” raket sisteminin artıq Belarusa verildiyini deyib.

Lukaşenka daha əvvəl bəyan edib ki, Belarus Hərbi Hava Qüvvələrinin bir sıra təyyarələri yenidən təchiz olunub və onlar nüvə raketləri daşıya bilirlər. Putin isə belə təyyarələrin sayının on olduğunu xatırladıb.

Rusiya prezidentinin dediyindən belə çıxıb ki, Belarusda nüvə silahı yerləşdirmək qərarı Böyük Britaniyanın Ukraynanı uran mərmiləri ilə təmin etmək niyyətini bəyan etməsindən sonra verilib. Amma Rusiya özü belə mərmiləri nüvə silahı hesab etmir. Putin özü bildirib ki, Rusiyada “yüz minlərlə belə mərmi var”.

Bununla belə, Moskva Britaniyanın niyyətinə son dərəcə kəskin reaksiya verib, Londonu nüvə eskalasiyasında ittiham edib və cavab tədbirləri vəd edib.

Elə eyni müsahibədən o da aydın olub ki, raket sistemi Britaniyanın bəyanatından əvvəl Belarusa ötürülüb, eləcə də təyyarə konvertasiya edilib (Bu barədə əvvəllər Lukaşenko da danışıb).

Həmçinin taktiki nüvə silahlarının saxlanması üçün anqarın tikintisi də Böyük Britaniyanın niyyətini açıqlamasına qədər başlayıb.

Putinin sözlərinə görə, Rusiya nüvə silahını Belarusa ötürmür, öz silahlarını onun ərazisində yerləşdirir. O, bunu ABŞ-ın bir sıra Avropa ölkələrində nüvə silahı yerləşdirməsi ilə müqayisə edib.

Vaşinqtondan reaksiya

Amerika Birləşmiş Ştatları Rusiya prezidenti taktiki nüvə silahlarının Belarusda mümkün yerləşdirilməsi ilə bağlı bəyanatına reaksiya verib.

Dövlət Departamentinin sözçüsü Vedant Patel CNN-ə bildirib ki, departament vəziyyətə nəzarəti davam etdirəcək. Bununla belə, o vurğulayıb ki, ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür və Vaşinqton öz nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə salmağı lazım bilmir.

Oxşar bəyanatla Pentaqon və ABŞ Milli Təhlükəsizlik Şurası da çıxış edib.

Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Putinin müsahibəsini “növbəti informasiya əməliyyatı ​” adlandırıb. İnstitutun ekspertləri hesab edirlər ki, Putin Ukraynanın Qərb müttəfiqlərini qorxutmaq üçün Rusiya hərbi-sənaye kompleksinin imkanlarını şişirdir.

Putin Ukraynaya silah göndərənləri "müharibə qızışdırıcıları" sayır

Qərb ölkələrinin Ukraynaya silah-sursat tədarükünü Rusiya üçün təhlükə sayan Putin həmin ölkələri “müharibə alovlandırıcıları” adlandırıb.

Məqalədə qeyd olunur ki, 1952-ci ilin payızında Sov.İKP-nin qurultayındakı son nitqində Stalin də ABŞ başda olmaqla Qərb ölkələrini belə təsvir edib.

Putinin sözlərinə görə, Rusiya Ukraynadan üç dəfə çox sursat istehsal etməyə hazırdır və “Rusiya ordusunun tanklarının ümumi sayı Ukrayna Silahlı Qüvvələri tanklarının sayından 3 dəfə çox olacaq”.

Eyni zamanda Rusiya prezidenti bildirib ki, silah istehsalının artırılması Rusiya iqtisadiyyatı üçün heç bir məhdudiyyətlər yaratmayacaq.

Taktiki nüvə silahlarının dəqiq tərifi yoxdur - güman edilir ki, söhbət strateji (qitələrarası) nüvə silahlarına nisbətən daha aşağı gücə malik nüvə silahlarından və daha qısa mənzilli daşıyıcılardan gedir.

“İsgəndər” raketlərinin rəsmi uçuş məsafəsi 500 km-ə qədərdir. Bu o deməkdir ki, Belarusda yerləşdirilən raketlər bütün Polşa ərazisini, qismən də qonşu ölkələri təhdid edə bilər.

Hələ ötən ilin avqustunda Lukaşenka Belarus təyyarələrinin nüvə silahı daşıyıcısına çevrilməsinin başa çatmasından danışıb.

Sovet dövründə Belarus ərazisində nüvə silahı yerləşdirilib. SSRİ-nin dağılmasından sonra Belarus hakimiyyətinin razılığı ilə bu silahlar Rusiyaya aparılıb. Belarus nüvə silahının yayılmaması müqaviləsinə qeyri-nüvə dövləti kimi qoşulub.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücüm edib və müharibə hələ də davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG