Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 03:10

Putinin plakatlarını onun özü kimi mühafizə edirlər


Novokuznetskdə Putinin plakatını qoruyan polis patrulu

Kuzbasda və Yakutiyada, Rusiya prezidentinin seçkisi ərəfəsində polis əməkdaşlarına hazırkı dövlət başçısı Vladimir Putinin şəkilləri olan plakatların mühafizəsi tapşırılıb.

Bu baradə Sibir.Realii saytının müxbirinə polisdəki mənbə məlumat verib.

Rusiya prezidentinin şəkilləri olan plakatların həndəvərində fasiləsiz keşikçi xidməti təşkil edilib. Belə növbətçilik martın 18-ə, seçki gününədək davam etdiriləcək. Novokuznetsk polisində Sibir.Realii-yə məlumat verən mənbəprezident bannerlərinin yanında mühafizənin niyə qoyulduğu barədə suala cavab verməkdə çətinlik çətib.

Amma mənbə belə bir ehtimal bildirib ki, bu, bəlkə Sankt Peterburqda Vladimir Putinnin portreti olan plakatlardan birinin üstündə naməlum şəxslər tərəfindən “yalançı” sözünün yazılması ilə əlaqədar ola bilər.

Bundan betəri fevralın 9-da Tomskda baş verib. Orada Vladimir Putinin iki seçkiqabağı plakatını “güllələyiblər”. Bu, Komsomolsk prospektində və Yelizarovlar küçəsində baş verib. TB-2 nəşrinin verdiyi məlumata görə bu plakatlara “atəşlər” peyntbol tüfəngindən açılıb.

Putinin Tomskdakı plakatı
Putinin Tomskdakı plakatı

Hazırda Novokuznetskdəki bilbordların yanındakı mühafizə hər bir neçə saatdan bir dəyişilir. Bir qayda olaraq bunlar ya mülki geyimli polis əməkdaşları, ya da xidməti avtomobilində keşik çəkən polislərdir.

Məsələn Novokuznetskin Pioner prospektindəki prezident plakatının yanında dövlət avtomobil müfəttişliyinin maşınlarını görmək olar. Burada əvvəllər yol polisinin maşınları olmazdı. Sibir.Realii müxbirinin bannerin yanında görünməsinə keşik çəkən polislər əsəbi reaksiya veriblər:

- Burda nə çəkirsiniz? Yoxsa Putini? Prezidenti və bizim maşınımızı zəhmət olmasa çəkməyin. Çəkdiyinizi göstərin. Onları silmək lazım gələcək.

Novokuznetsk polisi mübariz keşikdədir
Novokuznetsk polisi mübariz keşikdədir

Prezidentin portretləri olan plakatların xüsusi mühafizə edilməsi barədə Navalnının Novokuznetskdəki qərargahının koordinatoru Anton Voloşin də özünün Tvitter hesabından yazıb: “Bu da əyani sübut. Novokuznetsk polislərini doğrudan da Putin bannerlərini qorumağa məcbur edirlər. Elə belə də yazaq: namizədə hüdudsuz xalq məhəbbəti var, inzibati resurslardan istifadə olunmur”.

Plakatların qorunmasına münasibət bildirən şəhər sakini Yelena Frolova deyib: “Əgər qorumalı başqa şey yoxdursa, qoyun plakatları qorusunlar. Amma mənə belə gəlir ki, bu mühafizəyə xeyli büdcə pulları xərclənir. Novokuznetskdə Putinin bannerlərinin mühafizəsindən başqa da pul xərclənməli olan işlər var”.

Kseniya Sobçakın “Hamının əleyhinə” kampaniyasının Novokuznetsk qərargahının başçısı Tatayana Studenkina bu barədə deyib: “Biz hamımnız Ella Pamfilovanın təlimatlarını yaxşı xatırlayırıq. Məsələn o kommunistlərə qəzetlərinin buraxılış məlumatlarının olmamasını irad tuturdu. MSK buna çox ciddi reaksiya verib. Amma biz Kuzbasda görürük ki, faktiki olaraq namizədlərin qeydiyyatına yarım ay qalmış artıq Vladimir Putinin plakatları peyda olub. Bu hətta onun özünün namizədliyi də qeydə alınanadək baş verib”.

Studenkina deyir ki, Sobçakın plakatları üçün Novokuznetskdə yer qalmayıb.

Qərargah başçısının fikrincə reklam işçilərinə müxalifətə yaxın durmamaq tapşırılıb. Onun sözlərinə görə Sobçaka qərargah üçün yer də verilməyib. Daha doğrusu qərargahın ünvanı var, özü yoxdur.

“Banner” xüsusi əməliyyatı Yakutskda da aparılır. “Vesti Yakutii” internet qəzetində Yakutiya DİN-də hazırlanmış sənəd dərc edilib. Bu sənəd polisə Putinin portretləri olan bannerləri mühafizə etmək tapşırığı verildiyini göstərir.

Bu da məlum olur ki, bu məqsədlə polisin tərkibində xüsusi briqadalar yaradılıb və onlar “Banner” əməliyyatında iştirak edirlər. Qəzet bunu da yazır ki, Yakutskda yalnız əsas namizədin, yəni Putinin portretləri asılıb.

“Bu əməliyyatın pulunu kim ödəyir” sualına hələlik cavab verən tapılmayıb. Nəzərə alsaq ki, Yakutskda indi havanın temperaturu mənfi 30-dur, onda bu əməliyyata nə qədər benzin yandırıldığını təsəvvür etmək olar.

Vladimir Putinin plakatlarını qorumaq əmri Sıktıvkar polisinə də əmr olunub. Yerli blogerlərin məlumatına görə polıislər “Putini” gecə-gündüz, fasiləsiz mühafizə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG