Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 22:28

Rusiya prezidenti Vladimir Putin son seçkidən bəri ilk dəfə olaraq Avropa İttifaqı ölkəsinə səfərindən əvvəl deyib ki, Moskva Avropa İttifaqının zəiflədilməsində maraqlı deyil.

Putin iyunun 5-də Avstriyaya səfər edəcək. Burada keçiriləcək danışıqlarda Rusiyanın Ukraynanın şərqindəki münaqişədə rolu və Moskvaya qarşı Aİ sanksiyaları məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Putin Vyanada Avstriya prezidenti Alexander Van der Bellen və kansler Sebastian Kurz-la görüşəcək.

Rusiyanın dövlət telekanalına müsahibə verən Putin iyunun 4-də deyib: “Biz Aİ-nin parçalanmasına çalışmırıq. Avropa İttifaqında problemlər çox olduqca, bizim də risk və qeyri-müəyyənliklərimiz artır”.

O əlavə edib ki, Avropa İttifaqı Rusiyanın ən böyük ticarət partnyorudur.

Putin Avropanın Avstriya hökumətinə daxil Azadlıq Partiyası kimi populist hərəkatları ilə yaxın münasibətlər qurmaqla nifaq toxumu səpdiyi barədə iddiaları rədd edib:

"Əksinə biz Avropa İttifaqı ilə əməkdaşlığımızı genişləndirməliyik”.

Kurz-un hökuməti Britaniyada keçmiş casus Skripalın zəhərlənməsinə beynəlxalq reaksiyaya qoşulmadığına görə sərt tənqid olunurdu.

ABŞ da daxil Qərb ölkələri bu hadisəyə 150-dək Rusiya diplomatını qovmaqla reaksiya göstərmişdi.

Kurz hökuməti isə öz mövqeyini müdafiə edərək bildirmişdi ki, “Avstriya Qərblə Şərq arasında körpüdür” və buna görə də Moskva ilə “əlaqə kanallarını açıq saxlamaq istəyir”.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG