Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 04:01

Putinlə Assad nədən danışıblar?


Vladimir Putin və Bashar al-Assad
Vladimir Putin və Bashar al-Assad

Suriya prezidenti Bashar Assad oktyabrın 20-i axşam saatlarında Moskvaya gedib və rusiyalı həmkarı Vladimir Putin-lə görüşüb.

Kremlin sözçüsü Dmitry Peskov səfərin işgüzar xarakter daşıdığını bildirib.

Görüşdə Suriyada terrorçu qruplara qarşı birgə mübarizə, Rusiyanın Suriyada keçirdiyi hərbi əməliyyatlar və hava zərbələrinin davam etdirməsi müzakirə olunub. Assad Suriya ordusunun planları barədə Moskvaya məlumat verib.

Vladimir Putin bildirib ki, Suriya xalqı faktiki bir neçə ildir ki, beynəlxalq terrorçuluğa qarşı təkbaşına mübarizə aparır: “Suriya xalqı bir neçə ildir ki, faktiki olaraq beynəlxalq terrorçuluğa müqavimət göstərir, təkbaşına mübarizə aparır və bu mübarizədə ciddi itkilər verir. Amma son vaxtlar bu mübarizədə ciddi və müsbət nəticələrə nail olunub”.

Bashar Assad isə bu mübarizədə dəstəyinə görə Rusiyaya təşəkkürünü bildirib: “Suriyanın birliyi və müstəqilliyini dəstəklədiyinə görə Rusiya rəhbərliyinə təşəkkür edirəm. Ən başlıcası isə odur ki, bu beynəlxalq qanun çərçivəsində edilir”.

Suriya dövlət televiziyasının məlumatına görə, bu 2011-ci ildən bu yana Assadın xarici ölkəyə ilk səfəridir. Suriyanın dövlət radiosu artıq Assadın vətənə döndüyünü xəbər verib.

Rusiya sentyabrın 30-dan Suriyada hava zərbələrinə başlayıb.

Moskva əsas hədəfin İslam Dövləti qrupu olduğunu, ABŞ və onun müttəfiqləri isə Bashar Assada qarşı mebarizə aparan üsyançı qrupların olduğunu deyir.Rusiya Suriya müharibəsində Bashar Assadın, Qərb isə üsyançıların tərəfini saxlayır.

XS
SM
MD
LG