Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:52

Putin Rusiyanın xarici seçkilərə müdaxiləsi barədə iddiaları bir daha təkzib edir


Prezident Vladimir Putin Rusiyanın ABŞ və Avropa ölkələrinin seçki kampaniyalarına müdaxiləsinə dair israrlı iddiaları bir daha təkzib edib.

Yanvarın 11-də bir qrup redaktor və media təmsilçiləri ilə görüşündə, Putin habelə Rusiya və Birləşmiş Ştatlar arasında münasibətlərin gərginləşməsinə görə Vaşinqtonu ittiham edib.

Putinin bu bəyanatlarından bir gün əvvəl ABŞ Senatının üzvü Ben Cardin son iki onillik ərzində Rusiyanın Avropa boyunca siyasətlərə iddia edilən müdaxiləsinə dair hesabatı açıqlamışdı.

Bu hesabatda habelə Rusiyanın hərəkətləri ilə bağlı heç bir ölçü götürmədiyinə görə prezident Trump da tənqid olunur.

ABŞ kəşfiyyatının və Konqres üzvlərinin Rusiyanın 2016-cı il seçikisinə müdaxiləsi ilə bağlı bəyanatları Moskva-Vaşinqton münasibətlərini gərginləşdirməkdə davam edir.

Buna baxmayaraq, Putin Cardin-in hesabatı barədə konkret heç nə deməyib, iddiaları ümumən rədd edib.

Televiziya ilə göstərilən çıxışında Putin deyib: “Mənim nəzərimcə bu tamamilə səhvdir. Özünün daxili siyasi məsələlərinə kiminsə qarışmasınıheç kim istəməz. Bizim amerikalı dostlarımız isə bunu xüsusən xoşlamırlar”.

Trump seçki kampaniyasından bəri Rusiya ilə daha yaxşı münasibətlərə can atdığını bildirir, lakin son aylarda hər iki ölkə diplomatların qarşılıqlı qovulması kimi əvəzə-əvəz hərəkətlərdə bulunub.

Bundan başqa bu ayın axırlarında ABŞ administrasiyasının Rusiyanın şirkətlərinə və siyasi bağları olan fərdlərinə qarşı geniş maliyyə sanksiyalarını elan edəcəyi gözlənilir.

Putin getdikcə pisləşməkdə olan münasibətlər barədə deyib: "Hazırda bu, bizdən asılı bir məsələ deyil, ABŞ-dan asılı məsələdir. Onlar xoş məram nümayiş etdirəcəklərmi? Onlar özlərində mərdlik tapıb və sağlam düşüncə nümayiş etdirib başa düşəcəklərmi ki, əslində Rusiya ilə münasibətlərin yaxşılaşdırılması Birləşmiş Ştatların da milli marağındadır? Amerikalılar özlərinin daxili siyasi çəkişmələrində Rusiya kartını oynadıqca bizim münasibətlərimiz korlanacaq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG