Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 19:23

ABŞ məmurları: 'Putin kiberhücuma şəxsən rəhbərlik edib'


Barack Obama, Vladimir Putin, John Kerry və Sergei Lavrov, New York, 28 sentyabr 2015

Qaynaqlardan biri söyləyir ki, “hər şey, sadəcə, bir cəhd kimi başlanıb” və məqsəd Amerika demokratiyasının artıq “etimada layiq olmadığını” göstərməkmiş.

ABŞ hökumətindəki üç anonim qaynaq Reuters agentliyinə Rusiya prezidenti Vladimir Putin-in bu ilin payızında ABŞ-da keçirilən seçkilərə müdaxilə etməsi barədə məlumat verib.

“Bu da deyilir ki...”

İddiaya görə, Rusiyanın dövlət başçısı ABŞ-dakı prezident seçkiləri zamanı kiberhücumları şəxsən nəzarətdə saxlayıb. Bu da deyilir ki, Amerika demokratiyasını gözdən salmaq cəhdləri namizəd Donald Trump-ın qələbəsinə yardım cəhdlərinə də çevrilib.

Rusiya hakimiyyəti okeanın o tayında keçirilən seçkilərə müdaxilə barədə ünvanına söylənilənləri inkar edir. Bununla belə, Ağ Evin yüksəkvəzifəli nümayəndəsi dekabrın 15-də, Rusiya prezidentini birbaşa suçlamasa da, Vladimir Putin-in kiberhücumlardan xəbərdar olduğunu düşündüyünü bildirib.

Ben Rhodes, Washington, 18 fevral 2016
Ben Rhodes, Washington, 18 fevral 2016

“Düşünmürəm ki, Rusiya hökumətində bu miqyasda olay Putindən xəbərsiz baş versin”, - “MSNBC”yə müsahibəsində prezidentin milli təhlükəsizlik məsələləri üzrə yardımçısının müavini Ben Rhodes belə söyləyib və ardından əlavə edib:

“Söhbət bu qədər iri miqyasda təşkil olunmuş kibertəcavüzdən getdiyi zaman hər şey hakimiyyətin yuxarı dairələrində çözülür”.

ABŞ hökumətində bu məsələylə bağlı kəşfiyyatdan məlumat alan anonim qaynaqlarsa bəyan ediblər ki, siyasi qurumlara və konkret insanlara haker hücumları başlanğıcda ümumi xarakter daşıyıb.

“Hər şey, sadəcə, bir cəhd kimi başlanıb”

Qaynaqlardan biri söyləyir ki, “hər şey, sadəcə, bir cəhd kimi başlanıb” və məqsəd Amerika demokratiyasının artıq “etimada layiq olmadığını” göstərməkmiş:

“Amma zamanla bu cəhd prezidentliyə digər namizəd Hillary Clinton-unçatışmazlıqlarının ifşa kampanıyasına çevrilib”. Qaynağın sözlərinə görə, ruslar respublikaçılara aid qurumların da elektron ünvanlarını sındırıb, amma əldə edilən məlumatlara heç bir diqqət yetirilməyib.

Həmin şəxsin iddiasına görə, üzü payıza doğru, hakerlərin səyləri Donald Trump-a yardım cəhdlərinə çevrilib: “Putin əmin idi ki, özəlliklə iqtisadi sanksiyalarla bağlı məsələlərdə Trump özünü Rusiya ilə daha dostca aparacaq”.

Şəxsi hesablaşma?

Demokratların prezidentliyə namizədi, keçmiş dövlət katibi Hillary Clinton seçkilərdə məğlubiyyətini Vladimir Putin-in onunla “şəxsi hesablaşması” kimi dəyərləndirib.

Onun sözlərinə görə, Demokrat Partiyasına kiberhücumlarla Rusiya “Amerika demokratiyasını sarsıtmağa” çalışıb. Clinton Rusiya hakerlərinin şübhəli bilindiyi hücumların Amerika xalqına təhlükə törətdiyini vurğulayıb.

Bu il ABŞ-da keçirilən seçkilərdə respublikaçıların namizədi, işadamı Donald Trump gözlənilmədən prezident seçilib. Rəy sorğuları demokratların namizədi Hillary Clinton-un qələbə qazanacağını vəd edirdi.

Vladimir Putin və Hillary Clinton, Vladivostok, 08 sentyabr 2012
Vladimir Putin və Hillary Clinton, Vladivostok, 08 sentyabr 2012

Trump-ın gözlənilməz qələbəsindən bəri Rusiyanın bu seçkilərə müdaxiləsinə dair iddialar səslənməyə başlanıb.

Dekabrın 19-da Seçicilər Kollegiyası yeni seçilmiş prezident Donald Trump-ın vəzifəsini təsdiqləməlidir. Kollegiyanın 10 üzvü - bir respublikaçı və 9 demokrat səsvermədən öncə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəyi barədə onlara ayrıntılı bilgi verilməsini istəyib.

CIA rəhbəri James Clapper-ə Seçici Kollegiyasının ünvanladığı açıq məktubda deyilir ki, seçicilər ittihamların nə dərəcədə köklü və güclü olduğunu, bu istiqamətdə araşdırmaların davam edib-etmədiyini bilmək istəyirlər.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG