Keçid linkləri

Təcili xəbərlər
2023, 05 İyun, Bazar ertəsi, Bakı vaxtı 09:36

Putin 9 may paradını təxirə salır


Rusya prezidenti Vladimir Putin koronavirus epidemiyası ilə bağlı yaranmış vəziyyətə görə 9 may Qələbə paradının təxirə salındığı deyib.

O bu barədə bəyanatı Rusiya Təhlükəsizlik Şurasının aprelin 16-da keçirilən müşavirəsində verib.

Putin bu tədbirin nə vaxt keçiriləcəyi barədə heç nə deməyib.

Prezident öz qərarını belə izah edib ki, əslində parada hazırlıq indi başlanmalıydı, lakin epidemiya ilə bağlı risk “fövqəladə dərəcədə yüksəkdir”.

Putin bildirib ki, ölkədə koronavirus epidemiyasının pik nöqtəsi hələ çatmayıb və o, parad barədə bu qərarı mütləq qəbul etməliydi:

"İndi bizim qarşısımızda, açıq danışsaq, sadə olmayan, ağır seçim var. Bizim üçün, hər bir insan üçün 9 may müqəddəs bir gündür...”

Putin müdafiə nazirinə və başqa güc idarələrinin rəhbərlərinə parada və Böyük Vətən Müharibəsində qələbənin 75-ci ildönümünə həsr olunmuş başqa tədbirlərə hazırlığın qrafikini dəyişməyi tapşırıb.

Veteranlar xahiş etmişdilər

Bundan əvvəl Rusiyadakı üç veteran təşkilatı 9 may Qələbə günü bayramının daha gec tarixə keçirilməsi üçün Putinə müraciət etmişdi.

Həmin müraciətdə deyilirdi:

"Sizdən xahiş edirik ki, hərbi paradın başqa tarixə keçirilməsi barədə çətin, amma bizcə ədalətli qərarı qəbul edəsiniz. Onda parad iştirakçılar üçün təhlükə yox, bütün dünya üçün həqiqi təntənə olar”.

Rusiya hakimiyyəti Böyük Vətən Müharibəsinin qurtarmasının 75-ci ildönümünü nəhəng təntənə ilə keçirməyi planlaşdırırdı.

Bu paradda 15 min əsgərin və 400 ədəd hərbi texnikanın iştirakı planlaşdırılırdı.

Təntənəli parada habelə dünya liderləri dəvət edilmiş və Fransa, Hindistan, Kuba, Venesuela və Çexiyanın dövlət başçıları dəvəti qəbul etmişdilər.

Bundan əvvəl Rusiya iqtidarı tədbirin başqa vaxta keçirilməsinin istisna edildiyini bildirirdi.

Açıq media saytı yazırdı ki, Müdafiə Nazirliyi hətta bu paradı tamaşaçılar olmadan keçirməyi planlaşdırır.

XS
SM
MD
LG