Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:59

Duma Konstitusiyaya dəyişiklikləri təsdiqləyib


Vladimir Putin

Rusiya Dövlət Duması üçünçü oxunuşda Konstitusiyaya düzəlişlə bağlı qanun layihəsini qəbul edib. Söhbət 40-dan çox düzəlişdən gedir.

Əsas dəyişikliklərdən biri də budur ki, prezident Vladimir Putinə növbəti prezident seçkisində iştirak imkanı yaradılır. Bu düzəlişin lehinə 380 nəfər, əleyhinə 43 nəfər səs verib.

İndi dəyişikliklər Federasiya Şurasına göndəriləcək. Aprelin 22-də ümumxalq səsverməsi keçiriləcək.

Seçiciyə imkan veriləcək ki, ya təklif olunan dəyişiklərin hamısını, ya da heç birini qəbul etsin.

Dövlət Duması qarşısında buna etiraz olaraq təkadamlıq piketlər keçilir.

Belə piketlərdən birini "Yabloko" partiyasının sədr müavini İvan Bolshakov keçirib. O, "Ən yaxşı dəyişiklik-Putinə istefa" şüarı qaldırıb.

DTK podpolkovniki Putinin ikinci müddəti 2024-cü ildə başa çatır.

Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması prezident Vladimir Putinə 2024-cü ildə bir daha prezidentliyə namizədliyini verməsinə imkan yaradan konstitusiya düzəlişini qəbul edib.

Rusiyanın hazırkı Konstitusiyası bir nəfərə yalnız iki 6 illik müddətə prezident olmaq icazəsi verir.

67 yaşlı keçmiş DTK podpolkovniki Putinin ikinci müddəti 2024-cü ildə başa çatır.

Martın 10-da keçirilən səsvermədən az əvvəl Putin demişdi ki, o buna yalnız sözü gedən dəyişikliyin Konstitisiya Məhkəməsi tərəfindən təsdiq olunacağı təqdirdə razılıq verib:

"Prinsipcə belə bir variant mümkün ola bilər, amma bir şərtlə - konstitusiya məhkəməsi rəsmi qərar çıxarmalıdır ki, belə bir dəyişiklik konstitusiyanın prinsip və əsas müddəalarına zidd deyil”.

Rusiyada erkən seçki təklif olunur

Rusiya Dövlət Dumasının üzvü keçmiş, kosmonavt Valentina Tereşkova martın 10-da təklif edib ki, Konstitusiyada prezidentlik üçün müddət məhdudiyyəti götürülsün. Bu isə indiki prezident Vladimir Putinə yenidən seçilmək imkanı verir.

"Məsələ Putinlə bağlı deyil, məsələ bizim, ölkənin gələcəyi ilə bağlıdır. Əgər belədirsə, onda niyə süni konstruksiya yaratmaq lazımdır. Hər şeyi açıq aydın ictimai müzakirə etmək lazımdır. Ümumiyyətlə, prezidentlik müddəti ilə bağlı məhdudiyyəti aradan qaldırmaq lazımdır. Bunu situasiya tələb edir, ən əsası isə bunu insanlar istəyir- Konstitusiyaya indiki prezidentin yenidən seçilməsinə imkan verən əlavənin edilməsini."

Başqa bir deputat Vladimir Jirinovski isə Dövlət Dumasına erkən seçkilərin keçirilməsini tələb edib.

Hakim partiyadan deputat Aleksandr Karelin bu təklifi dəstəkləyib və rəsmi şəkildə Dumaya təqdim edib.

Prezident Vladimir Putinin bu gün martın 10-da Dövlət Dumasında çıxışı gözlənilir.

XS
SM
MD
LG