Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:39

Pussy Riot üzvlərini Krımda saxlayıblar


Pussy Riot qrupunun üzvlərindən Mariya Alyoxina (Foto arxivdəndir)
Pussy Riot qrupunun üzvlərindən Mariya Alyoxina (Foto arxivdəndir)

Rusiyanın Pussy Riot etirazçı qrupunun üç üzvü Moskvanın ilhaq etdiyi Krım regionunda saxlanıb.

Olqa Borisova xəbər verib ki, o və qrupun başqa bir üzvü, Aleksandr Sofeyev fevralın 25-də yarımadaya gəldikdən dərhal sonra saxlanıblar.

Borisova daha sonra qrupun başqa bir üzvü – Mariya Alyoxinanın da fevralın 26-da Krıma gələn kimi saxlandığını bildirib. Borisova bildirib ki, polisə gətiriləndən sonra Alyoxina ilə əlaqə kəsilib.

Krımlı vəkil Emil Kurbedinov fevralın 26-da deyib ki, sözü gedən üç nəfər müayinə üçün tibb təsisatına gətiriliblər. Vəkil bundan geniş açıqlama verməyib.

AzadlıqRadiosunun müxbiri daha sonra xəbər verib ki, Borisova müayinədən sonra polis məntəqəsinə gətirilib, Alyoxina sərbəst buraxılıb. Sofeyev haqqında heç bir informasiyanın olmadığı xəbər verilir.

Krımdakı Rusiya hakimiyyət orqanları bu saxlamalar barədə rəsmi məlumat verməyib.

Ötən avqustda Alyoxina və Borisova Sibirdə ukraynalı kinorejissor Oleh Sentsovun saxlandığı ucqar həbsxananın yaxınlığında aksiya keçirdikdən sonra saxlanmış və cərimə olunmuşdular.

Sentsov əslən Krımdandır. O hazırda həbsxanada terror ittihamları ilə bağlı məhkum edildiyi 20 illik həbs cəzasını çəkir. Tərəfdarları ona qarşı ittihamların qondarma olduğunu bildirirlər.

Pussy Riot 2012-ci ildə Alyoxina və qrupun üzvü Nadejda Tolokonnikova Moskvadakı Müqəddəs Xilaskar İsa Məbədinin içərisində rəqs etdikdən və ovaxtkı baş nazir Vladimir Putinə “lağlağı dua” oxuduqdan sonra “dini nifrəti qızışdıran xuliqanlıq” ittihamları ilə məhkum olunmuşdular. Putin həmin vaxt prezidentliyə qayıtmaq üçün kampaniya aparırdı.

Alyoxina və Tolokonnikova 2013-cü ildə həbsxanadan azad olunarkən cəza müddətlərinin bitməsinə az qalırdı.

Onlar 2014-cü il Soçi Qış Olimpiadasının ərəfəsində Putinin imicini yüksəltmək məqsədilə əfv edilmişdilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG