Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 07:15

Hakimlərin maaşı və minimum pensiya artırılır


Azərbaycan manatı
Azərbaycan manatı

Milli Məclisin bu gün, iyunun 27-də keçirilən plenar iclasında Ali Məhkəmə sədrinin maaşının artırılmasından ötrü qanunvericiliyə təklif edilən dəyişiklik layihəsi də müzakirə olunub.

"Report"un xəbərinə görə, Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək. Yəni 2 475 manat.

Habelə dəyişikliyə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün bütün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

Qanunun qüvvədə olan 106-cı (Hakimlərin maddi təminatı) maddəsində əvvəllər də hakimlərə vəzifə maaşının müəyyən həddində aylıq pul verilməsi nəzərdə tutulub. Amma həmin maddədə yalnız Ali Məhkəmənin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında əlavə pul verilməsi öz əksini tapıb. Orada apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20, birinci instansiya məhkəmələrinin hakimlərinə isə 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilməsi nəzərdə tutulub.

Dəyişikliklə isə bu faiz bərabərləşdirilir. Yəni bundan sonra hər bir hakim vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan əlavə pul təminatı alacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

PENSİYALARIN MİNİMUM MƏBLƏĞİ DƏ ARTIRILIB.

İyunun 27-də parlamentdə habelə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi də müzakirə edilib.

Layihədə 2019-cu il oktyabrın 1-dən əmək pensiyalarının minimum məbləği 200 manat müəyyən olunur. Azərbaycanda hazırda əmək pensiyalarının minimum məbləği 160 manatdır.

Bu qanun layihəsidə müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

XS
SM
MD
LG