Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 03:27

2017-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 93,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çox vəsait yönəldilib.

Xəbəri Dövlət Statistika Komitəsi yayıb.

Xəbərə görə, istifadə olunan vəsaitin 1 milyard 868,3 milyon manatı və ya 89,2 faizi məhsul istehsalı obyektlərinin, 169,3 milyon manatı (8,1 faizi) xidmət sahələri üzrə obyektlərin, 56,1 milyon manatı (2,7 faizi) isə ümumi sahəsi 209,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə xərclənib.

Xəbərdə deyilir ki, bütün sərmayənin 25,4 faizi dövlət, 74,6 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.

Xəbərdə vurğulanır ki, əsas kapitala yönəldilən vəsaitlərin 69,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG