Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 19:00

Ekspert: Baş Prokurorluq senzorluq etməməlidir


Azərbaycanda son illər Baş Prokurorluq jurnalist və bloqerlərə müxtəlif yazılarına görə, tez-tez xəbərdralıqlar verir. Təkcə son həftədə iki belə hal baş verib

Azərbaycan paytaxtı Bakıda son günlər müxtəlif etiraz aksiyalarını işıqlandıran reportyorların kameralarının, telefonlarının əlindən alındığı, fiziki təzyiqlərə məruz qaldıqları ilə bağlı yenidən şikayətlər eşidilir.

Üstəlik Azərbaycanda son illər Baş Prokurorluq jurnalist və bloqerlərə müxtəlif yazılarına görə, tez-tez xəbərdralıqlar verir. Təkcə son həftədə iki belə hal baş verib.

Baş Prokurorluq həmin vaxt iddia edib ki, “Media haqqında” Qanunun 14.1.11-ci maddəsi, yəni faktların və hadisələrin qərəzsiz, obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələbə riayət olunmayıb. Qurum əsasən Müdafiə Nazirliyi və bəzi hərbi qulluqçularla bağlı yazıların, statusların üzərində dayanıb.

Baş Prokurorluq bununla bağlı inzibati həbs və xəbərdarlıqları “İctimai-siyasi sabitliyin, insan… hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması” kimi məqsədlərlə izah edib.

“Bugünləri reket jurnalistləri deyilən…”

Mövzu ilə bağlı Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Elman Nəsirov “Turan”a bildirib ki, baş prokuror Kamran Əliyevin son çıxışında da reket jurnalistikası və mətbuatda şər, böhtan kimi məsələlərə diqqət cəlb olunub.

Deputat hesab edir ki, baş prokuror kifayət qədər haqlıdır:

“Bugünləri reket jurnalistləri deyilən və Həsənbəy Zərdəbi irsinə ləkə olan psevdojurnalistlərin sayı çoxalıb. Onların işləri-gücləri işgüzar adamların nüfuzuna xələl gətirməkdir, onları şər və böhtanla ləkələməkdir, bunun qarşılığında isə pul tələb etməkdir”.

Onun sözlərinə görə, məsələyə ümumi yanaşmaq olmaz:

“Burda konkret adamlardan söhbət gedir. Bizim çox gözəl jurnalistlərimiz var, yeni nəsil blogerlər yetişib və bu sevindirici haldır. Amma onların içərisində jurnalist peşəsinə, blogerliyə xələl gətirən, işgüzar adamlara şər-böhtan atan insanlar da var”.

“Ölkədə süni siyasi məhbus obrazı belə yaradılır”

Komitə üzvü qeyd edib ki, həmin jurnalistlər barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci maddəsi (təhqir) ilə iş açılır:

“Azərbaycanda belə insanlara siyasi məhbus deyirlər. Ölkədə süni siyasi məhbus obrazı belə yaradılır”.

Nəsirovun fikrincə Baş Prokurorluğun yanaşması və insanları hüquqi müstəvidə fəaliyyətə dəvət etməsi reallığa tam adekvatdır:

“Hüquqi dövlətdə hüququn aliliyi, hüququn diktaturası olmalıdır. Bəli, biz bütün diktaturaların əleyhinəyik. Amma hüququn diktaturası olmalıdır. Mətbuatda, sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin nüfuz və ləyaqətini alçaldan yazılara görə cəzalar tədbiq edilməlidir. Heç kimin toxunulmazlığı yoxdur”.

“Prokurorluq o zaman müdaxilə edə bilər ki…”

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, Baş Prokurorluğunun funksional olaraq qanunvericilikdə müəyyən səlahiyyətləri var. Amma onun fikrincə, bu səlahiyyətlərdən istifadə edərkən hökmən media və ifadə azadlığı gözlənilməlidir:

“Yəni, prokurorluq həqiqətən o zaman müdaxilə edə bilər ki, konkret olaraq cinayət faktı və yaxud da cinayət şübhəsi olsun. Amma prokurorluq sadəcə çağırıb “bunu yazmayın, bu xoş deyil, bir daha bunu yazmayın” deyirsə, deməli ortada cinayət faktı yoxdur, olsaydı cinayət işi qaldırmaq lazımdır”.

Ekspert deyir ki, prokurorluq burada senzor rolunu oynayır:

“Nəyi yaza biləcəyimizi, nəyi yaza bilməyəcəmizi prokurorluq müəyyən etmiş olur”.

O hesab edir ki, bu prokurorluğun səlahiyyətlərindən kənara çıxmasıdır:

“Çünki prokurorluq nəticə etibarilə yalnız cinayət faktları üzrə araşdırma apara bilər. Amma vətəndaşlara və qurumlara zərər dəyməyibsə, ortada terrorizmə çağırış, Konstitusiya quruluşunu çevirməyə yönəlik bir şey yoxdursa, dövlət sirri yayılmırsa, fərdlər təhqirə məruz qalmırsa, jurnalistə sadəcə balanslı informasiya verməmisiniz deyərək onların peşə-etik davranışına nəzarət edən bir prokuror, hüquq çərçivəsindən çıxır”.

Yeni media qanununun təsirləri - daha çox jurnalist prokurorluğa çağırılır
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

“Hökümət bilərəkdən araşdırmır”

Ekspertin sözlərinə görə, jurnalistin peşə fəaliyyətinə qanunsuz mane olmaq Cinayət Məcəlləsinin (CM) 163-cü maddəsilə cinayət əməli sayılır:

“Jurnalistin aksiyanın qanuni və ya qanunsuz olmasına aidiyyəti yoxdur. Jurnalist öz işini görür. Onun işinə mane olmaq peşə fəaliyyətinə mane olmaqdır və kimsə bunu zor tətbiq edərək edirsə, avadanlığını qırırsa bu, açıq-aşkar CM-nin 163-cü maddəsinin çərçivəsinə düşür. Bu adamlar haqqında heç bir cinayət işi açılmırsa, bu o deməkdir ki, hökümət bilərəkdən araşdırmır”.

Mövzu və yazıda səslənən fikirlərlə bağlı Baş Prokurorluqla isə ayrılıqda danışmaq mümkün olmayıb. Rəsmilər jurnalistlərə təzyiq və fiziki müdaxilələrlə bağlı şikayətlərin bilərəkdən araşdırılmadığına aid fikirləri qəbul etmirlər.

XS
SM
MD
LG