Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:46

Prokurorluq Navalnıya həbsxana cəzası istəyir


Aleksey Navalnı

Rusiya prokurorluğu fevralın 1-də müxalifət lideri Aleksey Navalnının barəsində şərti cəzanın həbsxana cəzasına dəyişdirilməsi qərarına tərəfdar olduğunu bildirib.

Navalnı hazırda 30 sutkalığına saxlanıb. O 2014-cü ildə barəsində çıxarılmış 3 il yarımlıq şərti cəzanın şərtini pozmaqda ittiham olunur.

O 2014-cü ildə mənimsəmə ittihamı ilə məhkum edilmişdi. Elə o vaxt bir çox tərəfdarları bu ittihamın qondarma olduğunu deyirdilər.

OVD-Info adlı monitorinq qrupu bildirib ki, yanvarın 31-də Navalnıya azadlıq tələb edən kütləvi etiraz aksiyalarında 5135 nəfər saxlanıb.

Navalnı tərəfdarlarının 31 yanvar aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Peskov: “Belə adamlarla dialoq mümkün deyil”

Polis paytaxt Moskva və Rusiyanın başqa şəhərlərində aksiyaların dağıdılması üçün dəyənəklərdən istifadə edib.

Yanvarın 31-də verdiyi bəyanatda OVD-Info bildirir ki, nümayişçilərlə son dərəcə qəddar rəftar olunub.

Bəyanatda bu da deyilir ki, yanvarın 31-də son 9 ilın ən çoxsaylı həbsləri həyata keçirilib.

OVD-Info bunu da bildirir ki, Rusiyanın 31 şəhərində ümumən 91 jurnalist saxlanıb.

Bəyanatda deyilir ki, polis medianın işini qəsdən hədəfləyən hərəkətlərə əl atıb.

Kremlin mıəlumatlarında aksiyaçılar “huliqan və təxribatçı” adlandırılır.

Fevralın 1-də Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, “belə adamlarla” dialoq mümkün deyil.

XS
SM
MD
LG