Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:38

"Məni qanunsuz olaraq ruhi xəstəxanaya salıblar"


"6 ildir ki, qəbula gəlirəm, amma..."
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

"6 ildir ki, qəbula gəlirəm, amma..."

►Şikayətçi: "Bizə dedi ki, "Rüstəm Usubovun işi var, hər avaranı qəbul eləməyə vaxtı yoxdur"

Yanvarın 18-də 15-ə yaxın vətəndaş Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirib.

Şikayətçilər səhər saat 9-dan prokurorluğun qarşısına gələrək, Baş prokuror Zakir Qaralovu gözləyiblər. Onlar hüquq-mühafizə orqanlarının işləri düzgün araşdırmaması, qanunu pozan prokurorluq əməkdaşlarının cəzalandırılmamasına etirazlarını bildiriblər.

Onlar həmçinin baş prokuror Zakir Qaralova ünvanladıqları şikayət məktublarına laqeyd yanaşmadan narazılıqlarını ifadə ediblər.

JURNALİSTƏ ZOR TƏTBİQ OLUNUB

Aksiyanı işıqlandırmağa gələn media nümayəndələri şikayətçilərdən açıqlama alarkən Baş Prokurorluğun əməkdaşı jurnalistlərdən birinə qarşı zor tətbiq edib, onun ünvanına nalayiq ifadələr səsləndirib. Şikayətçilərin müdaxiləsindən sonra prokurorluq əməkdaşı jurnalisti buraxıb.

Daha sonra şikayətçilər qəbul otağına gedərək, Baş prokurorun birinci müavini Rüstəm Usubovun onları qəbul etməsini tələb ediblər. Əvvəlcə prokurorluq əməkdaşları buna imkan verməyiblər.

Baş Prokurorluğun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Müşfiq Səfərov etirazçıların qarşısına çıxıb.

Buna da bax: Ilham Əliyev geniş özəlləşdirmə olacağına eyham vurdu

“ADAMLARI SÜRÜNDÜRÜRSÜZ...”

Şikayətçilərdən Aliyə Təmrazovanın dediyinə görə, Müşfiq Səfərov onları təhqir edib:

"Bizə dedi ki, "Rüstəm Usubovun işi var, hər avaranı qəbul eləməyə vaxtı yoxdur". Mən də cavabında dedim ki, "dediyin sözdən utanmırsan? Adamları aylarla, illərlə süründürürsüz, hələ bir təhqir də edirsiz. Bura yığışanların əksəriyyəti ziyalı adamlardır"".

Harazı vətəndaşlar deyiblər ki, əgər Rüstəm Usubovla görüşə bilməsələr, birbaşa Prezident Administrasiyasına gedəcəklər.

Daha sonra Rüstəm Usubov üç-üç olmaqla, şikayətçiləri qəbul edib. Baş prokurorun birinci müavini onlara şikayətlərinin obyektiv araşdırılacağına söz verib.

Buna da bax: “Sədərək”də ölən alver- [Fotolar]

Aliyə Təmrazova (solda)
Aliyə Təmrazova (solda)

“RÜSTƏM USUBOVA DEDİM Kİ...”

"Mən Rüstəm Usubova dedim ki, Dövlət Gömrük Komitəsinin istintaq idarəsinin müstəntiqinin qanunsuz göstərişilə məni tam sağlam olduğum halda, dəlixanaya salıb, üç gün orada saxlayıblar. İllərdir ki, bu qanunsuz göstəriş verən adamın, hətta oğlum olsa belə, həmçinin o qanunsuzluğu icra edən həkimlərin cəzalandırılmasını tələb edirəm. Amma prokurorluq buna göz yumur. Konkret, Səbail rayonunun prokuroru olmuş Şirxan Adıgözəlov və digərlərindən şikayətimi çatdırdım. Mənə bildirildi ki, həm qanunsuz psixiatriya xəstəxanasına salınmağım, həm də orada saxlanıldığım müddətdə evimdən oğurluqla bağlı hər iki iş yenidən araşdırılacaq", - deyə görüşdən sonra Aliyə Təmrazova bildirib.

Şikayətçilərdən Mətanət Mahmarzayeva Rüstəm Usubova azyaşlı qızına qarşı zorakılıq faktının obyektiv araşdırılmadığını bildirərək, Yasamal Rayon Polis İdarəsinin müstəntiqi və Yasamal Rayon Prokurorluğundan şikayət edib:

"Bildirdim ki, mənim övladıma qarşı törədilmiş cinayət müəyyən maraqlara görə obyektiv araşdırılmayıb, günahkarların bir qismi məsuliyyətdən kənarda saxlanılıb. Mənə deyildi ki, şikayətçi olduğum hallar obyektiv araşdırılacaq".

Görüşdən sonra vətəndaşlar onu da qeyd ediblər ki, yaxın 10-15 gün ərzində nəticə olmasa, yenidən aksiya keçirəcəklər.

XS
SM
MD
LG