Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:47

Azərbaycan, Rusiya və Ermənistan baş prokurorları görüşüb


Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü (Arxiv fotosu)
Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü (Arxiv fotosu)

Bugün, iyunun 24-də Minskdə Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib

Bugün, iyunun 24-də Minskdə Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib.

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Kamran Əliyev 1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini qeyd edib.

“Mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini, həmçinin Qarabağa qanunsuz səfərlərin yolverilməzliyi diqqətə çatdırılmış, bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.” - məlumatda habelə bildirilir.

Açıqlamaya görə, görüşdə Azərbaycan, Rusiya, Ermənistan dövlət başçılarının imzaladığı bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

İyunun 24-də Belarus paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi İştirakçı Dövlətlərinin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 32-ci iclası keçirilib.

4 min itkin

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, 1-ci və 2-ci Qarabağ müharibələrində onlar tərəfdən 4 minə yaxın şəxs itkin düşüb.

Onlardan cəmi 6 hərbi qulluqçu 2-ci Qarabağ müharibəsinə düşür.

Ermənistan tərəfdən isə Azərbaycanın açıqladığı ümumi rəqəmlə müqayisədə itkinlərin daha az, 1000 civarında olduğu bildirilmişdi.

2-ci Qarabağ müharibəsindən sonra Ermənistan daha əvvəl işğal edilmiş və sonradan Azərbaycanın nəzarətini bərpa etdiyi bəzi rayonlara aid mina xəritələrini qarşı tərəfə təqdim edib.

Bunun əvəzində Azərbaycan da həmin müharibədən sonra saxladığı Ermənistan hərbi qulluqçularının bir neçə qrupunu qarşı tərəfə verdiyini bildirmişdi.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG