Keçid linkləri

Təcili xəbərlər
2020, 09 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:48

Professor: 'Sərhədlərin bağlanması şərtdir'


Astara gömrük-sərhəd keçid məntəqəsi. Foto Arxiv

«Dəqiq yoxlama olmadan şəxslər ölkə daxilinə buraxılmamalıdır, çünki bu virusun inkubasiya dövrünün iki həftə çəkdiyi deyilir».

Bunu AzadlıqRadiosuna tibb sahəsi üzrə professor Adil Qeybulla deyib.

Ötən ilin sonlarında Çində aşkarlanan, həmin ölkədə indiyə qədər 2.8 mindən çox insanın ölümü ilə nəticələnən yeni koronavirus artıq Azərbaycan sərhədlərinə də gəlib çatıb. Hazırda həmin virusdan İranda 22 şəxsin vəfat etdiyi bildirilir. Azərbaycandan fərqli olaraq əksər qonşu ölkələr İranla sərhədi bağlayıb .Üstəlik, Gürcüstanın rəsmi qurumlarının açıqlamasına görə, bu günlər Azərbaycandan keçməklə İrandan gələn bir vətəndaşında koronavirus aşkarlanıb.

«...Heç kəsi təəccübləndirməməlidir»

Professor koronavirusun Azərbaycanda da aşkarlana bilinəcəyini mümkün sayır: «Yaxın vaxtlarda bununla bağlı etirafların ola bilməsi də heç kəsi təəccübləndirməməlidir. Belə məsələlərdə operativ olmaq lazımdır. Söhbət bundan gedir və bu operativlik olmaması təəssüf doğurur».

A.Qeybulla deyib ki, bu vəziyyətlə bağlı dövlət komissiyası yaradılmalı, işlər görülməli idi: «Karantin epidemioloji vəziyyətdir. Ölkənin bütün strukturları mobil hala gəlməlidir. Bu halda karantinin qanunları işləməli, başqa kaprizlərə yer olmamalı, buna uyğun da hərəkət lazımdır».

A.Qeybulla
A.Qeybulla

«Sərhədlərin bağlanması şərtdir»

Sərhədlərin bağlanmasını şərt sayan professor əlavə edib ki, bu, hansısa ölkəyə qarşı diskriminasiya deyil: «Bu, ən azı infeksiyanın yayılmasının qarşısını almaq üçündür. İnsanlar nə qədər çox miqrasiya etsələr, təmasda olsalar, virus o qədər çox yayılacaq».

A.Qeybulla xüsusiyyətindən asılı olaraq qarşıdakı mart ayında daha ehtiyatlı olmağı lazım bilir:

«Təhlükəli ay»

«Bu ay təlatümlü aydır. Qızdırma təlatümləri, bununla yanaşı, soyuqdəymə xəstəlikləri artır və bu fonda koronavirusun daha da fəallaşması ağır patologiyalara səbəb ola bilər».

Azərbaycanda koronavirusu identifikasiya edə bilmək üçün laboratoriyaların olması barədə isə professor bunları bildirib: «Rəsmilər belə laboratoriyaların olduğunu iddia edirlər. Amma bu laboratoriyalar indiki dövrdə koronavirusu identifikasiya etmək imkanındırmı? Söhbət bu şəxslərin peşəkarlığından yox, bu virusu, heç olmasa, bir dəfə identifikasiya etmək metoduna yiyələnməkdən gedir».

Apteklərdə tibbi maskalar bir neçə dəfə bahalaşıb
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Azərbaycanla İran sərhədinin bağlanmasının koronavirusla mübarizədə əsas şərt olması ilə bağlı professorun dediklərinə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma Azərbaycan Səhiyyə Nazirliyindən bildiriblər ki, ölkə daxilində bu virusun aşkarlanmasından ötrü laboratoriyalar mövcuddur. Nazirlikdən vurğulanmasına görə, müayinələr Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində yoxlanılır.

Səhiyyə Nazirliyindən tövsiyələr

Səhiyyə Nazirliyi vebsaytında əhaliyə koronavirusdan qorunmanın yolları barədə tövsiyələr də verib.

Bu tövsiyələrə görə, koronavirusdan qorunmaq üçün əlləri yeməkdən əvvəl, ictimai yerlərdə gəzintidən sonra ilıq su və sabunla ən azı 20 saniyə ərzində yumaq lazımdır. Habelə, soyuqdəymə, qrip əlamətli insanlardan uzaq durmaq, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə dərhal həkimə müraciət etmək tövsiyə olunur. İş masasının üstünü hər gün spirtlə dezinfeksiya etmək, qapı dəstəklərini, mətbəx mebellərini, stol, tualet, telefon, klaviatura və vanna otağını təmiz saxlamaq da tövsiyələrin içində yer alır.

Koronavirusdan necə qorunmalı
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

186 nəfər

Səhiyyə Nazirliyi ölkədə koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülən şəxslərin sayı ilə də bağlı açıqlama verib.

Nazirlikdən «Report»a verilən məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsində 7, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında isə 91 nəfər həkim müşahidəsinə alınıb.

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.8 mini keçdiyi bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır.

Artıq bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı bildirilir. İranda bir çox şəxslərin bu virusdan öldüyü vurğulanır. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar.

Azərbaycan isə, hələlik, İranla sərhədi bağlamayıb.

XS
SM
MD
LG