Keçid linkləri

2024, 25 İyul, Cümə axşamı, Bakı vaxtı 11:01

Professor: ''Probka' sözü deyən pulla cərimələnsin'


Professor Möhsün Nağısoylu
Professor Möhsün Nağısoylu

“Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsi tətbiq edilsin”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu belə deyib.

Professor Trend-ə açıqlamasında dil normalarını pozanların cərimələnməsinin normal praktika olduğunu ifadə edib.

Buna da bax:​ Azərbaycanda elmə 35 milyon manat qrant xərclənib - nəticəsi varmı?

“Bir sıra ölkələrdə, xüsusilə Baltikyanı ölkələrində dövlət dilinin normalarını pozanlara qarşı inzibati qaydada cəza tətbiq olunur. Yəni ədəbi dilin normalarını pozanlara maddi, yəni pul ödəmə cəzası verilir. Tutaq ki, kimsə, çimərlik əvəzinə “plyaj” deyirsə, “tıxac” əvəzinə “probka” deyirsə, onlar pulla cərimələnir. Azərbaycanda da buna kiçik məbləğdə pul cəriməsindən başlamaq olar”, professor əlavə edib.

O, deyib ki, yol hərəkəti qaydalarını pozanlara qarşı cəza tədbirlər görülür və bu tədbirlər effekt verir.

“Ədəbi dilin normalarını pozanlara qarşı inzibati cəzanın tətbiqi ilə bağlı irəli sürdüyümüz təklifi AMEA-nın rəhbərliyi bəyənib. Amma bunun mexanizmini hazırlamaq lazımdır”, M.Nağısoylu qeyd edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG