Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:24

‘Putinin aşpazı’, yoxsa hərbi strateqi?


Biznesmen Priqojin Putini özünün iaşə müəssisəsi ilə tanış edir (Foto arxivdəndir)
Biznesmen Priqojin Putini özünün iaşə müəssisəsi ilə tanış edir (Foto arxivdəndir)

Suriya prezidenti Bashar al-Assad-a sadiq qüvvələrin fevralın 7-də ABŞ koalisiyasının müttəfiqi olan Suriya Demokratik Qüvvələri (SDQ) üzərinə hücumunun planlaşdırlmasında medianın “Putinin aşpazı” adlandırdığı biznesmen Yevgeni Priqojin iştirak edib.

AzadlıqRadiosu yazır ki, bu haqda Priqojinin Suriya hərbçiləri və məmurları ilə söhbəti barədə ABŞ kəşfiyyat materiallarına istinad edən The Washington Post qəzeti yazıb.

Priqojin “Vaqner özəl hərbi şirkətinin” baş təşkilatçısı və sponsoru hesab edilir. Bu şirkətin yüzlərlə rusiyalı muzdlusu Suriyadakı döyüşlərdə iştirak edir.

Priqojinin Suriya nümayəndələri ilə ələ keçmiş danışıqlarında, biznesmenin Bashar Assad üçün “yaxşı hədiyyə” hazırladığını və bunun fevralın 6-9-da məlum olacağını dediyi iddia edilir.

The Washington Post qəzetinin məqaləsindıə bu da iddia edilir ki, Priqojin yanvarın 24-də “qəti hərəkətlər” üçün hansısa Rusiya nazirindən “yaşıl işıq” aldığını və indi Suriya tərəfinin razılığını gözlədiyini deyirmiş.

Təhqiqatda bu da qeyd olunur ki, Priqojin yanvar və fevral aylarında Putin administrasiyasının başçısı Anton Vayno ilə dəfələrlə ünsiyyətdə olub, lakin onların nəyi müzakirə etdikləri məlum deyil.

Fevralın 7-də Suriyanın şərqindəki Deyr ez-Zor qəzasında hökumətyönlü hərbi birləşmələrlə ABŞ tərəfindən dəstəklənən SDQ arasında döyüşlər baş verib.

Nəticədə hücum edənlər əzişdirilib və onların çox sayda döyüşçüsü öldürülüb. Həlak olanların arasında “Vaqner” şirkətinin Rusiya vətəndaşı olan muzdlularının da olduğu deyilir.

Rusiya vətəndaşlarının həlak olması xəbərlərini əvvəlcə təkzib edən Rusiya hökuməti sonradan bu toqquşmalarda onlarca rusiyalının xəsarət aldığını etiraf edib. Rusiya Xarici İşlər Nazirliyi söhbətin hərbi qulluqçulardan getmədiyini vurğulayıb.

“Vaqner” şirkətinin Suriyadakı ABŞ müttəfiqlərinin üzərinə hücumunun məqsədi hələlik aydın deyil. Bəzi məlumatlara görə muzdlu döyüşçülər buradakı böyük neftayırma zavoduna nəzarəti ələ almaq istəyirdilər.

ABŞ xüsusi prokuroru bu yaxınlarda Priqojini ABŞ seçkisinə müdaxilə məqsədilə Rusiyada “troll fabrikinin” yaradılmasında ittiham edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG