Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Prezident rəqiblərinin qətllərində iştirak etdiyini deyən şəxs müsahibə verib


Müxalifət lideri Viktar Hanchar və biznesmen Anatol Krasouki barədə həqiqəti tələb edən piket
Müxalifət lideri Viktar Hanchar və biznesmen Anatol Krasouki barədə həqiqəti tələb edən piket

Belarus polisində xüsusi xidmət bölməsinin keçmiş zabiti müxalifət fəallarının qətlində iştirak etdiyini etiraf edib.

O hazırda adı çəkilməyən Avropa ölkələrindən birində siyasi sığınacaq almağa çalışır.

Yury Havarsky-nin dekabrın 16-da Deutsche Welle radiosunun saytında dərc olunmuş müsahibəsi prezident Alyaksandr Lukashenka-nın təhlükəsizlik qüvvələrinin müxalifət lideri Viktar Hanchar və biznesmen Anatol Krasouki-nin 1999 və 2000-ci illərdə yoxa çıxmasında əli olduğuna dair şübhələri yenidən gündəmə gətirib.

Havarsky deyib ki, o 1990-cı illərin sonlarında Belarus Daxili İşlər Nazirliyinin Xüsusi Çevik Əməliyyat Birliyində xidmət edib. Bu bölmənin adı Belarus dilində qısaca SOPR kimi tanınır.

Keçmiş zabit bunu da deyib ki, o keçmiş daxili işlər naziri Yury Zakharanka-nın Minskdə oğurlanmasında iştirak edib.

Havarsky bildirib ki, keçmiş naziri şəhər ətrafındakı hərbi bazaya aparıblar və o orada rütbəli zabitlərin biri tərəfindən güllələnib.

Keçmiş xüsusi təyinatlı bunu da bildirib ki, o, 1999-cu ildə Mərkəzi Seçki Komissiyasının keçmiş sədri Hanchar-ın və müxalifətə dəstək verən biznesmen Krasouki-nin oğurlanmasında da iştirak edib.

Hanchar sonradan müxalifət sıralarına qoşulmuşdu. Bu iki nəfər Minskdə saunaya getdikdən sonra yoxa çıxıblar.

Havarsky deyib ki, onlar da hərbi bazaya aparılaraq edam olunublar və meyitləri meşədə əvvəlcədən qazılmış qəbirlərdə basdırılıb.

Havarsky bu əməllərə görə ən çox SOBR-un keçmiş rəhbəru polkovnik-leytenant Dzmitry Pavlichenko-nu tənqid edib. O deyib ki, onu xüsusi birləşmədə xidmətə bu zabit qəbul edib və o Zakharanka-nı şəxsən öldürüb.

Hələ o vaxt yoxa çıxmış bu iki şəxsin yaxınları onların hökumət tərəfindən oğurlandıqlarını deyirdilər.

Deutsche Welle yazır ki, Havarsky hazırda “almandilli” ölkələrdən birində yaşayır və siyasi sığınacaq üçün müraciət edib.

Belarusun Tut.by saytına müsahibəsində Pavlichenko keçmiş xüsusi təyinatlı Havarsky-nin dediklərini cəfəngiyyat adlandırıb.

O öz növbəsində Navarsky-ni cinayət əməllərində günahlandırıb və deyib ki, onun SOBR-dan qovulmasına da elə bu səbəb olub.

Avropa Şurası Parlament Assambleyasının 2004-cü il tarixli hesabatında deyilirdi ki, sözü gedən iki nəfərin yoxa çıxmasında hökumətin əli ola bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG