Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:14

İlham Əliyevin kortejinə əl yelləyənləri polisə aparıblar


Kortej. Foto illüstrasiya

DİN təkzib edir

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna açıqlamasında «kəfənli etirazçılar»ın prezident kortejinə əl edib, şikayətlərini çatdırmaq istəməsi barədə məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Şöbə rəisi şikayətçilərin polis bölməsinə aparılması və orada onlardan izahat alınması barədə deyilənlərin yanlış olduğunu qeyd edib.

O.Mansurzadənin deməsinə görə, ümumiyyətlə, belə və buna bənzər hər hansı hadisəyə təsadüf edilməyib.

İlham Əliyevin kortejinə əl yellədilər, polisə aparıldılar
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

«Gördük kortej gəlir, istədik prezidentin diqqətini çəkək. Kortejə əl yellədik, polislər üstümüzə tökülüşdü. İki xanımı 9-cu bölməyə apardılar. Hələ də bölmədə saxlayırlar».

*Youtube Kanalımıza abunə olmağı məsləhət görürük. Hər gün yeni və fərqli videoları izləyə bilərsiz

Onlara tez-tez Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Ədliyyə Nazirliyinin qarşısında rast gəlinir. Bakıdan və bölgələrdən olan bir qrup dərdli insan uzun illərdir ki, bir parça mələfəni boyunlarına taxıb ölkəiçi qurumlara üz tutub, qarşılaşdıqları ədalətsizliklərə son qoyulmasını tələb edirlər. İllərdir ki, kimi həyat yoldaşının qanunsuz həbsindən, kimi bir məmur möhürü ilə yüzillik dədə-baba mülkünün əlindən çıxmasından, kimi səhiyyədən, polisdən, məhkəmədən şikayətçi düşüb. Dekabrın 5-də isə onlar yenə Daxili İşlər Nazirliyinin qəbul otağına toplaşıblar ki, nazirin qəbuluna düşsünlər. Ancaq ölkə başçısının nazirliyin yaxınlığından keçən kortejini görəndə, özlərini çölə atıblar.

ƏVVƏL NAZİRİN, SONRA PREZİDENTİN...

Hazırda polis bölməsinin qarşısında olan şikayətçi Qorxmaz Əliyev: «Biz səhər o başdan nazirliyin qarşısındaydıq. Nazirin maşınının qabağını kəsmək istəyirdik ki, bəlkə bizi qəbul edər. Polislər əlimizdən onsuz da qəzəbli idilər. Bir də qadınların kortejə əl edib qışqırmaları polisləri lap özündən çıxartdı. Qadınları sürüyüb yaxınlıqdakı bölməyə apardılar. İndi də hədə-qorxu gəlirlər ki, «özünüzü kortejin qabağına atıb prezidentə sui-qəsd etmək istəmisiz»».

9-cu polis bölməsindən AzadlıqRadiosuna bildirilib ki, Nigar Cəfərova və Mətanət Rzayeva prezidentin Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısından keçən kortejinə mane olmaq istəyiblər. Hazırda ikisinin də izahatı alınır. Hər ikisi xəbərdarlıq olunandan sonra sərbəst buraxılacaqlar.

Buna da bax-Kəfənə bürünüb etiraz etdilər

Kəfənə bürünüb etiraz etdilər
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG