Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Əli Həsənov: '...bəzən xoşagəlməz vəziyyət yaradır'


Ə.Həsənov
Ə.Həsənov

«Müşahidələr və təhlillərdən aydın olur ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşmasına təsir imkanlarını artırmağa çalışır».

«Report»un xəbərinə görə, bunu bugün, sentyabrın 12-də Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, sosial şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı, mənfi meyllər də özünü göstərir:

«Sosial şəbəkələrin meydana gəlməsi, bir tərəfdən, söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən, sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır. Belə ki, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir ki, bu da insan hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir. Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır. Obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır».

Ə.Həsənov sonra da deyib ki, Azərbaycan hakimiyyəti hazırda söz və mətbuat azadlığının dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir.

Xatırlatma

Azərbaycanda bir sıra müstəqil media ekspertləri isə hakimiyyətin söz və mətbuat azadlığına münasibətini tənqid edirlər. Onlar deyirlər ki, kütləvi informasiya vasitələrinin böyük əksəriyyəti hökumətin nəzarətinə alınıb. Üstəlik, bir sıra müstəqil və tənqidçi saytlara ölkə daxilindən girişin məhdudlaşdırıldığı xatırladılır. Həmin ekspertlər habelə iddia edirlər ki, hökumət indi də sosial şəbəkələrə nəzarəti gücləndirmək fikrinə düşüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG