Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Ekspertlər: Prezidentin imici yaxşılaşır, amma ciddi islahatlar yoxdur


İlham Əliyev son 1 ildə nələri dəyişdi?
Gözlə

No media source currently available

0:00 0:15:14 0:00

İlham Əliyev son 1 ildə nələri dəyişdi?

Bu gün 11 aprel 2018-ci il prezident seçkisindən bir il ötür. Həmin seçkidə İlham Əliyev 4-cü dəfə prezident seçilib. Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, o səslərin 86 faizini qazana bilib.

Bəs, İlham Əliyevin 4-cü prezidentiyi öncəkilərdən nə ilə fərqlənir? İlham Əliyev özü aprelin 5-də bir qrup məcburi köçkün ailələri ilə görüşündə son bir illik fəaliyyətindən razılıqla danışıb:

“Keçən il prezident seçkilərində xalqın mənə verdiyi dəstək imkan verir ki, biz bütün vədləri icra edək. Seçkilər ərəfəsində bildirmişdim ki, biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq. Yəni, ciddi islahatların, iqtisadi və sosial sahədə islahatların anonsu prezident seçkiləri ərəfəsində verilmişdi”.

İlham Əliyev bildirib ki, seçkilərdən sonra ölkədə ciddi islahatlar start götürüb. O, vurğulayıb ki, ona gələn məktub və müraciətlər göstərir ki, xalq bu islahatları dəstəkləyir.

Amma müxalif AXCP-nin sədri Əli Kərimli isə əksinə düşünür ki, son zamanlar hakimiyyətdən narazıların sayı artıb. O, öz Facebook hesabında yazır ki, cəmiyyətin müxtəlif təbəqələri az qala hər gün paytaxtda və rayonlarda etiraz edirlər:

“Ölkə tədricən dəyişir, daha əvvəlki kimi olmayacaq. Ancaq onu dəyişən adı olub, özü olmayan islahatlar deyil, xalqın günü-gündən artan fəallığıdır”.

Bəs görəsən bu barədə Bakı sakinləri bu barədə nə düşünürlər:

Bakıda keçirdiyimiz sorğu
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

“Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev ümumilikdə prezidentin bir illik fəaliyyətinin müsbət qiymətləndirir. O, deyir ki, ötən bir ildə prezident İlham Əliyev əməkhaqları, pensiya, müavinət və təqaüdlərinin artırılması ilə bağlı verdiyi vədinə əməl etdi. Əhalini narahat edən problemli kreditlərlə bağlı olduqca önəmli sərəncam izmaladı. O, ölkədə aparılan iqtisadi, sosial islahatları, imzalanan əfv sərəncamını xüsusilə vurğulayır:

“Diqqətimi çəkən əsas məsələlərdən biri prezidentinin vətəndaşlarla birbaşa canlı təmasıdır. Məsələn, əvvəllər təşkil olunmuş şəxslərin prezidentlə görüşə gətirilməsi heç xoşuma gəlməzdi. Amma son aylar prezident xalqla görüşür. Bu həm cəmiyyətdə gərginliyi azaldır, həm prezidentə imkan verir ki, vətəndaşların düşəncələrini birbaşa yerində öyrəsin, xalqa da imkan yaranır ki, prezidentə öz sözlərini deyə bilsin”.

Aydın Quliyevin fikrincə, İlham Əliyev həm də uğurlu xarici siyasət aparır, Dağlıq Qarabağ danışıqlarında prinsipial mövqe nümayış etdirir.

"Siyasi sahədə hansısa real islahat hələki baş verməyib"

Turan İnformasiya Agentliyinin redakoru, siyasi şərhçi Şahin Hacıyev isə düşünür ki, prezident indi öz imicinin yaxşılaşmasına daha çox fikir verir. Onun fikrincə iqtisadi, sosial problemlərin həlli də məhz buna görədir. Amma o düşünür ki, hökumətin tez-tez işlətdiyi islahatlar sözləri hələki yalnız şüardır:

“Hakimiyyət daha çox öz imicini yaxşılaşdırmağa çalışır. Çünki ciddi islahat korrupsiyanın aradan qalxması, məhkəmələrə müstəqillik vermək deməkdir. Bu barədə isə yalnız şüarlar səslənir. Siyasi sahədə hansısa real islahat hələki baş verməyib”.

İlham Əliyev 16 ildir prezident postunu tutur. Bu dövrdə iki dəfə referendum yolu ilə konstitusiya dəyişdirilib.

Birinci dəfə 2008-ci il prezident seçkilərindən öncə bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı qadağını aradan qaldırılıb.

2018-ci il seçkilərindən öncə isə prezidentlik müddətini 5 ildən 7 ilə qaldırılıb. Yəni, İlham Əliyevin hazırdkı 4-cü prezidentlik müddəti 2025-ci ilə qədərdir. Amma bundan sonra da dəyişmiş konstitusiyaya görə o istədiyi qədər namizədliyini verə bilər.

İlham Əliyev və hakimiyyət təmsilçiləri ölkədə avtokratik rejim hökm sürməsi, insan haqlarının kobud pozulması barədə tənqidləri rədd etsələr də, beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında bir qayda olaraq Azərbaycanın azadlıqlar və insan haqları sahəsində göstəriciləri kəskin tənqid edilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG