Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:59

Prezident yeni cəmiyyət yaradıb


 Ilham Əliyev , 13 dekabr 2018
Ilham Əliyev , 13 dekabr 2018

Azərbaycanda yeni qurum “Aqrar tədarük və təchizat” açıq səhimdar cəmiyyəti (ASC) yaradılır.

Prezident İlham Əliyev dekabrın 14-də bununla bağlı fərman imzalayıb.

Ancaq bu fərmana əsasən, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC yaradılacaq. Cəmiyyətin səhmləri dövlətə məxsus olacaq.

Yeni cəmiyyət “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı “Aqrar tədarük və təchizat” ASC-yə keçəcək.

Cəmiyyət dövlət sifarişi ilə kənd təsərrüfatı məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını həyata keçirəcək.

Cəmiyyətin İdarə Heyətinin sədrini, digər üzvlərini kənd təsərrüfatı naziri vəzifəyə təyin və vəzifədən azad edəcək.

Xatırlatma

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti 2 il öncə aprelin 11-də prezidentin fərmanı ilə yaradılmışdı. Sərəncamda qeyd olunurdu ki, Cəmiyyətin yaradılmasında məqsəd kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaqdır.Həmin cəmiyyət də elə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində idi.

XS
SM
MD
LG