Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:47

Prezident Şəhidlər xiyabanını ziyarət edib


Prezident İlham Əliyev və hökumət nümayənəndələri 20 yanvar 2019

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 yanvar hadisələrində həlak olan insanların xatirəsini yad edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, ölkədəki dini icmaların başçıları, xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də 20 yanvar hadisələrində həlak olan insanların xatirəsini yad etdilər.

Şəhidlər xiyabanına ziyarətlər davam edir....

XATIRLATMA

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 130-dan çox şəxs həlak olub, 744 nəfər yaralanıb. Üstəlik, 841 nəfərin həbs olunduğu bildirilir.

Həmin insanlar Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi sayılırlar.

XS
SM
MD
LG