Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:32

Milli Şura boykot qərarı verdi


Milli Şuranın sədri Cəmil Həsənli
Milli Şuranın sədri Cəmil Həsənli

Milli Şuranın növbәdәnkәnar prezident seçkisini boykot etmәk barәdә qәrar verdiyi bildirilir.

Bu barədə qərarı Milli Şura sədri Cəmil Həsənli yayıb.

“Bu gün İlham Əliyev respublikada növbədənkənar prezident seçkilərinin aprel ayının 11-də keçirmək haqqında sərəncam imzalayıb. Bu sərəncam əsasında seçki kampaniyasının başlanmasına cəmisi 5 gün qalıb. Bildiyiniz kimi ölkədə prezident seçkiləri 2018-ci ilin oktyabr ayının 17-nə təyin edilmişdi. Lakin bu müddət ərzində ciddi bir dəyişiklik baş verməyib, seçkilərin vaxtını dəyişməyə hər hansı zərurət yaranmayıb”, – Cəmil Həsənli vurğulayıb.

Buna da bax: Növbədənkənar prezident seçkisi elan edildi [yenilənib]

Cəmil Həsənlinin bildirməsinə görə, Milli Şuranın Koordinasiya Mərkəzi bu gün, fevralın 5-də növbədənkənar toplantı keçirib. Bu, sərəncamın doğurduğu siyasi, hüquqi, sosial, milli və mənəvi nəticələri geniş müzakirə edib.

Milli Şura sədrinin deməsinə görə, sərəncam seçki institutunun ələ salınması, onun qalıqlarının məhvi kimi dəyərləndirilib:

“Azərbaycan hakimiyyətinin iki ay sonra – aprel ayının 11-də növbədənkənar seçki keçirmək qərarı növbədənkənar məzhəkə kimi qiymətləndirilib. Milli Şura belə hesab edir ki, bu sərəncam beynəlxalq rəylərdə və hesabatlarda öz əksini tapmış – Azərbaycan xalqının seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq imkanından məhrum edilməsi istiqamətində sonuncu addımlardan biridir. 5 fevral sərəncamı 11 aprel seçki oyunbazlığının qeyri-legitimlik sənədidir. Bütün bunları nəzərə alaraq bu gün keçirilən toplantısında Milli Şura 11 apreldə prezident seçkilərinin boykot edilməsinə qərar verib”.

Buna da bax: Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar] [video]

Cəmil Həsənli deyib ki, onlar bu istiqamətdə bütün mümkün hüquqi və siyasi vasitələrdən istifadə edilməsini nəzərdə tuturlar.

Xatırlatma

Bu gün, fevralın 5-də dövlət başçısı İlham Əliyev növbədənkənar prezident seçkilərinin elan edilməsi ilə bağlı sərəncam verib.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və onun Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

XS
SM
MD
LG