Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:25

Onunla görüşmək hər adama qismət olmur


İlham Əliyev hansı dövlət qurumlarını ləğv edir?
Gözlə

No media source currently available

0:00 0:14:29 0:00

İlham Əliyev hansı dövlət qurumlarını ləğv edir?

Prezident İlham Əliyev deyib ki, keçən il bölgələrə 24 dəfə səfər edib.

İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bildirib ki, səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə göstərişlər verilir.

Bəs səfərlər haqqında bölgə sakinləri nə düşünürlər?

Dövlət başçısını son səfər etdiyi regionlardan biri də İmişlidir. Keçən ilin oktyabrında, prezident burda yeni avtomobil yolunun açılışında iştirak edib,

İmişli sakinləri deyir ki, heç də hamının prezidentin bu səfərinə olan gözləntiləri doğrulmayıb:

Vaqif Cabbarov, İmişli sakini

“Prezident özü dəfələrlə deyib ki, prezidentlə xalq yekdildir, birgədir. Bu necə xalqla yekdildir ki, xalqdan gizlənir, prezident gələn günü hamını doldurdular evinə, hərənin qapısına bir polis qoydular ki, “evindən çölə çıxma birdən prezidentlə görüşərsən, şikayətini bildirərəsən”. Heç kim də evindən çölə çıxa bilmədi. Gəldi, getdi görən olmadı. Gəldi icra başçısı ilə hesabat apardı ki, nə qədər xərcləmisən, nə qədər almısan, Heydər Əliyev Fonduna nə qədər ayırmısan, gəldi belə bir hesabat aldı çıxdı getdi”.

Mələk Əkbərova

“Prezident gəldi, biz də həvəslə yolunu gözləyirdik ki, görüşək, ürək sözümüzü ona deyək, amma ürək sözümüzü ona deyə bilmədik. O yana bu yana qovdular ki, “amandır, prezidentlə görüşməyin”. Dərdimiz çox idi, uşağıma ev istəyəcəkdim, sosial yardım haqqında ona söz deyəcəkdim”.

Faiq ibrahimbəyli

“Avropaya inteqrasiyadan danışırıq, Avropada görürük ki, ölkə prezidenti, baş nazir xalqla ünsiyyətdə olur. Mənim sözüm məmurlaradır, elə bir şərait yaradın ki, camaat dərdini sözünü deyə bilsin”.

"Biri istəyir söz desin, əli əlinə dəysin..."

İmişlidə, dövlət başçısı ilə görüş təşkil edənlərdən biri, rayon icra başçısının müavini Səfa Ağayev deyir ki, bu şikayətçilərlə razı deyil və prezidentlə görüşdə heç kimə ayrı-seçkilik etmirlər:

“Biri yaxından görüşmək istəyir, biri istəyir ki, yaxına gəlib sözünü desin, əli əlinə dəysin, təbii ki, dünya praktikasında belə mümkün deyil ki, insanların hamısına belə şərait yaransın, kimə qismət olursa görüşür. Amma elə xüsusi qayda yoxdur ki, kimisə buraxdılar, kimisə buraxmadılar, kim deyirsə, mən qəbul etmirəm”.

Astara rayonunda da söhbət etdiyimiz sakinlər deyirlər ki, prezident bölgəyə gələndə camaata vaxta ayırmalıdır:

“Azərbaycan prezidenti bölgələrə gələndə xalqla görüşmür. Ayrı-ayrı öyrədilmiş adamlarla görüşüb, gedir”.

“Biz onu çox istəyirik, heç bir tələbimiz yoxdur, bizə beş dəqiqə vaxt ayırmır”.

Bakı Dövlət Universitetinin İqtisadiyyat müəllimi, təhlilçi Toğrul Maşallı deyir ki, prezidentin bölgələrə səfəri daha çox regionların sosial iqtisadi inkişafı dövlət proqramları çərçivəsində baş verir, prezident hansısa yeni müəssisənin açılışında iştirak edir. İqtisadçı deyir ki, bu səfərlərə, proqramların icrasına baxmayaraq, son 15 ildə regionların iqtisadi göstəriciləri artmayıb:

“Məsələn, sənaye məhsullarının 90 faizə qədəri, əhalinin gəlirlərinin 70 faizdən çoxu Bakı və Abşeronun payına düşür, qalanı bölgələrin. Regionlarda açılan iş yerlərinin çoxu mövsümidir və daimi iş yerlərinin 50 faizindən çoxu yalnız Bakının payına düşür, hələ Sumqayıt və Abşeron rayonunu hesablamırıq”.

Prezident İlham Əliyev isə Nazirlər Kabinetinin son iclasında deyir ki, dövlət proqramlarının real müsbət nəticələri olub:

“Bu proqram bizə imkan verdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd təsərrüfatı daha sürətlə inkişaf etsin. Bir sözlə, regional inkişaf proqramının çox böyük əhəmiyyəti və gözəl nəticələri var”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Azərbaycanın bölgələrində ən böyük problem nədir?
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

İndiyə qədər regionların inkişafı üzrə üç dövlət proqramı qəbul olunub. Sonuncunun icrası keçən il başa çatıb. Prezident İlham Əliyev deyib ki, bu il, növbəti-4-cü proqram qəbul olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG