Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:20

Prezident qərarı ləğv etdi


İ.Əliyev
İ.Əliyev

Azərbaycan prezidentinin göstərişi ilə meşə təsərrüfatında meyvələrin və bitkilərin yığılmasına tətbiq edilən ödənişlərə dəyişikliklər ləğv olunub.

Bu barədə AZƏRTAC xəbər yayıb.

Xəbərdə bildirilir ki, prezidenti İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə «Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında» Qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.

Meşə təsərrüfatında meyvələri əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır. Bu mümkün olmadıqda, dəymiş zərərin məbləği həmin tarixdə dövlətin tənzimlədiyi qiymətlərlə ödənməlidir. Dövlətin tənzimləmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq meyvənin dəyəri verilməlidir.

Nazirlər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin icazə olmadan əldə edilməsinə görə ödənişlərin 3 dəfəyə yaxın artırılmasını nəzərdə tuturdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG