Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:41

Prezident idmançıları mükafatlandırıb


İyulun 4-də prezident İlham Əliyev II Avropa Oyunlarında medal qazanmış idmançıların və onların məşqçilərinin mükafatlandırması ilə bağlı sərəncam imzalayıb.

Birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat məbləğində, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat məbləğində; üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat məbləğində mükafat veriləcək.

Milli komandaların baş məşqçilərinə isə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər mükafat veriləcək.

Xatırlatma

Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş II Avropa Oyunlarında Azərbaycan millisi 5 qızıl, 10 gümüş, 13 bürünc medal qazanıb və 43 ölkə arasşnda 10-cu pillədə qərarlaşıb.

I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.

XS
SM
MD
LG