Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:58

Prezident: 'Gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik'


İ.Əliyev
İ.Əliyev

«Bu gün Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı sizinlə danışmaq istərdim...».

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, martın 1-də prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə deyib.

Prezident vurğulayıb ki, onun görkəmli mədəniyyət xadimləri ilə bir çox görüşləri olub.

«Bu gün isə biz daha geniş formatda görüşürük. Hesab edirəm ki, buna ehtiyac var. Çünki ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır», - dövlət başçısı əlavə edib.

İ.Əliyev vurğulayıb ki, keçən ildən başlanan islahatlar bütün sahələri əhatə edəcək: «Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaq».

«Xərclərimizi dörd dəfə azaltmalı idik»

Prezident qeyd edib ki, iqtisadi sahədə islahatlar gözəl nəticələr verir: «Bu ilin birinci ayının göstəriciləri bunu deməyə əsas verir. İqtisadiyyatımız demək olar ki, tamamilə bərpa edilib. Əminəm ki, bu il iqtisadi inkişaf baxımından çox ciddi nəticələr olacaq».

İ.Əliyev deyib ki, dünyada baş vermiş çox dərin maliyyə və iqtisadi böhran Azərbaycandan da yan keçməyib: «2015-ci ildən sonra demək olar ki, bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İlk növbədə, iqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə bu tənəzzül özünü daha çox büruzə vermişdir. Təsəvvür edin ki, qısa müddət ərzində ölkənin gəlirləri təxminən dörd dəfə aşağı düşür. Bu, nə deməkdir? O deməkdir ki, biz öz xərclərimizi dörd dəfə azaltmalı idik, çox qısa bir müddət ərzində çox ciddi addımlar atmalı idik, heç bir ölkə buna hazır deyildi, o cümlədən də biz. Biz bunu etiraf edirik və əlbəttə ki, bu böhranlı vəziyyət ölkəmizə böyük zərbə vurdu».

İ.Əliyevin qeyd etməsinə görə, sonradan aparılan iqtisadi islahatlar imkan verib ki, sosial sahədə çox ciddi addımlar atılsın.

Mədəniyyət və incəsənət xadimləri ilə görüş
Mədəniyyət və incəsənət xadimləri ilə görüş

«Bu fərmanın dünyada analoqu yoxdur»

Dövlət başçısı sonra bu yaxınlarda minimum əməkhaqqının, sosial müavinətlərin, təqaüdlərin artırılmasından danışıb. Daha sonra da dünən, fevralın 28-də fiziki şəxslərin kredit borclarına güzəştlər edilməsi ilə bağlı özünün verdiyi fərmanı xatırladıb: «Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır. Yəni, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir».

Prezident vurğulayıb ki, səhiyyə sahəsində də çox ciddi islahatlar aparılır: «Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik. Biz bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir».

İ.Əliyev habelə, mədəniyyət sahəsində görülən işlərdən bəhs edib.

«Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq», - prezident qeyd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG