Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:36

Prezidentin ehtiyat fondundan ayrılan pullar hara gedir? [video]


Dövlət büdcəsindən hər il prezidentin ehtiyat fonduna ayrıca vəsait ayrılır və onun necə xərcləyəcəyinə dövlət başçısı özü qərar verir. Di gəl ki, bu fonddan prezident sərəncamı ilə ayrılan pulların sonradan taleyi də ictimaiyyət üçün qaranlıq qalır.

Keçən il dövlət büdcəsindən bu fonda 200 milyon manat ayrılıb, bu il bir o qədər ayrılacağı gözlənilir.

Müqayisə üçün deyək ki, bu pul gələn il dövlət büdcəsindən uşaq bağçaları üçün ayrılan vəsaitdən 15 milyon manat, orta ixtisas təhsili üçün ayrılmış pulda 5 dəfə, ali təhsil xərclərindən də təqribən 5 dəfəyə qədər çoxdur.

Büdcə sistemi haqqında qanuna görə, prezidentin ehtiyat fondu ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir.

Buna da bax: 'Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir'

Hesablama palatasının rəyinə görə, 2016-cı ildə fondun 70 faizi təmir tikinti işlərinə xərclənib.

Baxmayaraq ki, son illər tikinti xərcləri dövlət büdcəsinin də əsas hissəsini təşkil edir. Məsələn, elə gələn ilki büdcənin təqribən 25 faizi elə təmir –tikinti üçün nəzərdə tutulur.

Dövlət büdcəsi ilə aparılan tikinti layihələrini təhlil edən ictimai təşkilatlar bir qayda olaraq bu sahədə şəffaflığı daha çox şübhə altına alırlar.

Buna da bax: Prezident BMT tribunasından 'pulsuz müayinə' deyəndə nəyi nəzərdə tuturmuş?

Bəs prezidentin fondundan ayrılan vəsait hesabına aparılan tikinti layihələrində şəffaflıq nə qədər təmin edilir?

Məsələn, 2016-cı ilin sentyabrında İlham Əliyev sərəncam verib ki, onun fondundan Sumqayıt İcra hakimiyyətinə 5 milyon manat ayrılsın. Bu pula Sumqayıtda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilsin, şəhər avtomobil yollarının əsaslı təmiri aparılsın.

Başqa bir sərəncamla Tərtərdə binaların təmirinə 3 milyon manat ayrılıb.

Buna da bax: Məhkəmə müstəqil saytları blokladı [yenilənir]

Bu pulların iziylə getmək asan deyil. Hesablama palatası 2016-cı ilin dövlət büdcəsinin necə icra olunması barədə hesabatı saytında yerləşdirib, amma burda pulların nəyə necə xərclənməsi haqda yazılmayıb.

"Azad İqtisadiyyata Yardım" ictimai birliyinin rəhbəri, Zöhrab İsmayıl deyir ki, büdcə pulunun hesabatı detallı olmalıdır.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

"Prezident fondunun istifadəsi və s. bunun nə onlayn, nə də offlayn hesabatı var. Bu məqamlar çox ümumi qeyd olunur. Detallı məlumat belə olmalıdır- necə ki, hökumət Milli Məclisə təqdim edir- təhsil xərclərini bir-bir göstərir- nə qədər pul əməkhaqqına getdi, nə qədəri dəftərxana xərcinə getdi, söhbət o xərcləmələrin strukturundan gedir. Çünki bu pul dövlət büdcəsinin puludur. Bilinməlidir ki, bu vəsait hansı istiqamətlərə xərcləndi".

Buna da bax: 'Vəziyyət düşündüyümüzdən də ağırmış'

Bəs deyilənlərə büdcə vəsaitinin xərclənməsinə nəzarət etməli olan palatanın cavabı nədir? Qurum gün ərzində telefon zənglərimizə cavab vermədi. Prezident ehtiyat fondunun ayırmaları ayrıca təhlil olunmasa da, palata öz hesabatında tikinti xərcləmələrində nöqsan olduğunu bildirir:

“Yol verilmiş nöqsanların məbləğ ifadəsinə gəldikdə isə qeyd etməliyik ki, əsaslı təmir–tikinti işləri ilə bağlı nöqsanlar daha böyük çəkiyə malikdir. Belə ki, bu sahədə rast gəlinmiş nöqsan hallarının xüsusi çəkisi ümumi sayda 10,5% təşkil edirsə, nöqsanların məbləğinin 25,8%-i məhz tikinti ilə bağlı nöqsanların payına düşür”.

Buna da bax: Pensiya almaq üçün lazım olan məbləği yığmaq lazım olacaq

Müxalifət ReAl hərəkatının icra katibi Natiq Cəfərli deyir ki, tikinti xərcləmələrində məmurlara yeyinti üçün şərait ona görə yaradılır ki, məmurlar hakimiyyətə loyal qalsınlar:

Natiq Cəfərli
Natiq Cəfərli

"Büdcə sistemi haqqında qanuna görə prezidentin ehtiyat fondunun vəsaiti prezidentin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz".

Buna da bax: Büdcənin 'yağlı tikəsi' tikintiyə gedir

Hakimiyyət rəsmiləri isə ölkədə korrupsiya ilə yetərincə mübarizə aparıldığını bildirirlər. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizəbaş idarəsinin rəisi Kamran Əliyev keçən ay mediaya deyib ki, Azərbaycanda korrupsiyaya qarşı möhkəm siyasi iradə var.

Bakı sakinlərin arasında apardığımız sorğu:

Azərbaycanın beynəlxalq korrupsiya reytinqi isə aşağıdır. 176 ölkə arasında 123-cü yerdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG