Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

Prezident 1 illik maaşını Koronavirusa qarşı mübarizə Fonduna ianə edib


Prezident İlham Əliyev, arxiv foto
Prezident İlham Əliyev, arxiv foto

Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Bu barədə martın 21-də AZƏRTAC məlumat yayıb.

Martın 19-da prezidentin fərmanı ilə “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Elə həmin gün prezidentinin ehtiyat fondundan ilkin olaraq həmin fonda 20 milyon manat ayrılıb.

Bu günə qədər bu fonda bir şıra hüquq, fiziki şəxslər və o cümlədən bir siyasi partiya pul ödəyib.

XS
SM
MD
LG