Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:26

Prezident: 'Azərbaycan heç vaxt bu qədər güclü olmayıb'


İ.Əliyev
İ.Əliyev

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Ölkə televiziyaları ilə ötən ilin son dəqiqələrində yayılan həmin təbrikdə dövlət başçısı 2018-ci ili bütünlükdə Azərbaycandan ötrü uğurlu sayıb, ölkənin bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini vurğulayıb.

Prezident, ilk növbədə, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib: «Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər edib. Bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərib».

«Azərbaycan isə sabitlik məkanıdır»

Qonşu ölkələrlə əlaqələrin daha yüksək səviyyəyə yüksəldiyini deyən dövlət başçısı bu sahədə aparılan işlərin bölgədə sabitliyi möhkəmləndirdiyini qeyd edib: «Dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə sabitlik məkanıdır... Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir».

Uzun illər idi ki, danışıqlar müzakirəsi olan Xəzərin hüquqi statusu haqqında sənədin 2018-ci ildə imzalanmasını da İ.Əliyev tarixi nailiyyət hesab edib. (Həmin sənəd Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında imzalanıb. Bu, Konvensiyaya görə, hər bir dövlət Xəzər sahilindən 15 mil məsafəyə malik olacaq. Bundan başqa, sahil dövlətləri 10 mil məsafədə balıq tutma hüququna malikdirlər. Qalan ərazilər ümumi istifadədə olacaq. Xəzərin dibi isə bölüşdürülməyib-R)

Prezident Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın prinsipial mövqeyində qaldığını, bunun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu bəyan edib: «Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır».

Qarabağ münaqişəsində irəliləyiş ola bilər

İ.Əliyev 2019-cu ildə bu məsələdə irəliləyiş ola biləcəyini də istisna etməyib.

Dövlət başçısı 2018-ci ildə məcburi köçkünlərin sosial problemlərinin həllinə toxunaraq bildirib ki, 5 min 800 köçkün ailəsinə yeni ev və mənzillər təqdim edilib. Onun vurğulamasına görə, bu, son illərin rekord göstəricidir.

İ.Əliyev bayram təbrikində iqtisadi vəziyyətə də toxunub: «Bu il ümumi daxili məhsul (ÜDM) artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur».

Dövlət başçısı 2018-ci ildə Azərbaycanın üçüncü peykinin orbitə çıxarılmasını, «Cənub Qaz Dəhlizi»nin rəsmi açılışını da uğurlu hadisələr sırasına daxili edib.

Növbədənkənar prezident seçkisi

İ.Əliyev 2018-ci ilin aprelində ölkədə onun qələbəsi ilə nəticələnən növbədənkənar prezident seçkisinin keçirilməsini də dəyərləndirib: «Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir. Mən son 15 il ərzində prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim».

Xatırlatma

Ölkənin bir sıra müxalifət qüvvələri bu il keçirilən prezident seçkisində total saxtakarlıqlara yol verildiyini iddia edərək onun nəticələrini tanımırlar. Üstəlik, Azərbaycan müxalifətinin təmsilçiləri vurğulayırlar ki, hakimiyyətin iqtisadi uğurlardan bəhs etməsinin əsası yoxdur. Onların qeyd etməsinə görə, ÜDM-də cüzi artım olsa da, bu göstəriciyə görə, Azərbaycan MDB məkanında sonuncu yeri tutur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG