Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Prezident A.Rasi-zadəyə təşəkkür edib


Artur Rəsizadə, 11 aprel 2018
Artur Rəsizadə, 11 aprel 2018

Prezident İlham Əliyev aprelin 21-də baş nazir vəzifəsini icra edən Artur Rasi-zadəyə təşəkkür edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı vurğulayıb ki, A.Rasi-zadə keçmiş prezident Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda əzmlə çalışıb.

Eyni zamanda, A.Rasi-zadə də fəaliyyətinə verilən qiymətə görə, dövlət başçısına minnətdarlıq edib.

Bu gün, aprelin 21-də Milli Məclisin plenar iclası olmalıdır. Orada yeni baş nazirin seçilməsi gözlənir.

Buna da bax: Artur Rəsizadə hesabatı belə oxudu...

Azərbaycan Nazirlər Kabineti bu il aprelin 18-də istefaya gedib. Elə həmin gün prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb. Həmin qərarda vurğulanır ki, yeni tərkib formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi elə Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə olunur.

A.Rasi-zadə 1996-cı ildən Azərbaycanda baş nazir postunu tutub. Yalnız bir dönəm 2003-cü il prezident seçkisi öncəsi o, bu vəzifədən müvəqqəti olaraq uzaqlaşdırılıb.Həmin il ABŞ-ın Klivlend şəhərində müalicə alan Heydər Əliyev avqustun 4-də oğlu, Azərbycan Dövlət Neft Şirkətinin birinci vitse prezidenti İlham Əliyevi baş nazir təyin edib. Həmin il oktyabrın 15-də İlham Əliyev prezident seçkisində qələbə çaldıqdan sonra Artur Rasi-zadə yenidən baş nazir təyin edilib.

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki prezident İ.Əliyevin istəyindən asılı olaraq 6 ay önə çəkilib.

Aprelin 15-də Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin ümumi yekunlarına dair protokolu qəbul edib. MSK-nın yekun protokoluna əsasən, İ.Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.

Aprelin 17-də isə Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrini təsdiq edib. İ.Əliyev növbəti 7 il müddətində Azərbaycanın prezidenti seçilmiş hesab olunub.

Prezident aprelin 18-də and içib.

Bir sıra müxalif qüvvələr seçkinin nəticələrini tanımır. Onlar seçkinin rəqabətsiz mühitdə, kütləvi pozuntularla keçdiyini bəyan ediblər. Hərçənd, seçkidə uduzan 7 namizəd onun nəticəsini tanımadıqları ilə bağlı hər hansı açıqlama dilə gətirməyiblər.

XS
SM
MD
LG