Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:04

Artımlar 560 min insana şamil olunmalıdır


İlham Əliyevin sərəncamları: Pensiya artımı, yoxsa seçki təbliğatı?
Gözlə

No media source currently available

0:00 0:14:34 0:00

İlham Əliyevin sərəncamları: Pensiya artımı, yoxsa seçki təbliğatı?

Prezident İlham Əliyevin son 4 gündə təqaüd və müavinətləri artırmasından ümumilikdə 560 minə yaxın insan faydalanacaq.

Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir.

Ölkə başçısının sərəncamlarını sosial təminat sisteminin gücləndirilməsi sayan nazirlik müavinət və təqaüdlərin maliyyə tərəflərinə də toxunur.

Nazirlik bildirir ki, təkcə sosial müavinətlərə uygun artımın edilməsindən ötrü dövlət büdcəsindən ilin sonunadək təqribən 23,2 milyon xərclənəcək. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən 1,7 milyon manata qədər əlavə vəsaitin ayrılması təmin olunacaq.

Xatırlatma

Prezident İlham Əliyev fevralın 19-da 20 Yanvar, müharibə əlilləri və şəhid ailələri kateqoriyasına daxil olan insanlara verilən prezident təqaüdünün 10 faiz artırılması ilə bağlı sərəncam imzalamışdı.

Fevralın 20-də də Milli Qəhrəmanlara, 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə və Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələrinə verilən təqaüdlərin məbləği artırılmışdı.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxsə prezident təqaüdü 1300 manatdan 1500 manata yüksəldilib. Qalanlarının təqaüdünə martın 1-dən 10 faiz əlavə edilməlidir.

Fevralın 21-də də məcburi köçkünlərin 36 manat məbləğdə vahid aylıq müavinəti 10 faiz artırılıb.

Fevralın 22-də də prezidentin fərdi, xüsusi təqaüdlər, və fəxri adlara görə aylıq təqaüdlər çoxaldıb.Bu artımlar isə 10 və 70 faiz arasında dəyişir.

Fevralın 23-də isə prezident sosial, beşdən çox uşağı olan qadınlara verilən və uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara ayrılan aylıq müavinətlərin məbləğini artırıb.

Ancaq ötən il ölkədə sosial müavinət alanların təqribən 30 faiz azldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG