Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:40

Uşaqlar seçkidə: balacalar səs qazanmağa necə yardım edir? (VİDEO)


Siyasətçi uşaqları: onlar seçkidə səs almağa necə yardım edirlər?
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Siyasətçi uşaqları: onlar seçkidə səs almağa necə yardım edirlər?

Ailəcanlı prezident stereotipi amerikalılalrın şüuruna möhkəm sirayət edib və onlar səs verəndə bu kriteriyaya xüsusi diqqət yetirirlər

Currentime saytında Anuş Avetisyan yazır ki, siyasətçilərin xanımları və uşaqları bəzən onların özlərindən daha çox populyar olurlar.

Məsələn, ABŞ-ın indiki prezidentinin ailəsini “müvəqqəti kral ailəsi” adlandırılar.

Odur ki, Amerika təkcə prezidenti yox, birinci ailəni çox diqqətlə seçir. Yəni burda “təki özü yaxşı oğlan olsun” söhbətinə çox da bel bağlamırlar.

Amerikanın müasir tarixində arvad-uşaqsız prezident olmayıb.

Obama, ata-oğul Bush-lar, Clinton, Reagan, Carter, Ford, Nixon, Johnson, Kennedy, Eisenhower – onların hamısı təkcə prezident yox, həm də ər və ata olublar.

Əslində ailəcanlı prezident stereotipi amerikalılalrın şüuruna möhkəm sirayət edib və onlar səs verəndə bu kriteriyaya xüsusi diqqət yetirirlər.

İndi prezident seçkisi kampaniyasında da namizədliyə namizədlərin uşaqları müxtəlif dərəcədə diqqət mərkəzindədirlər.

Bu bir ailə teatrıdır

Bernie Sanders və John Kasich öz övladlarından yalnız internet saytlarında söz açırlar. Ailələri onları kampaniya tədbirlərində nadir hallarda müşayiət edirlər.

Amma Caroline Ketrin Cruz, Chelsea Clinton, İvanka, Eric və oğul Donald Trump-lar seçkiqabağı təşviqat videolarında fəal çəkilir və mətbuatda çıxış edirlər.

Bu yaxınlarda respublikaçı namizəd Ted Cruz-u təşviqat videolarında öz uşaqlarından həddən artıq istifadə etdiyinə görə tənqid atəşinə tutublar.

Videolardan birində Cruz uşaqlara Obama səhiyyə proqramı “Obamacare” təşəbbüsünün ziyanları barədə nağıl danışır.

Donald Trump-ın və Hillary Clinton-un artıq yetkinlik yaşında olan övladları da valideynləri üçün dəridən-qabıqdan çıxırlar.

İki uşaq anası və uğurlu biznesmen İvanka Trump geniş dairələrdə qadınlardan zəhləsi gedən adam təəssüratı oyatmış ərinin “yaxşı ata” olduğunu isbata çalışır.

Buna bənzər rolu anası üçün Chelsea Clinton da oynayır. Onun anası Hillary-ni bir çoxları soyuq və praqmatik siyasətçi kimi tanıyırlar.

Odur ki, senator və keçmiş dövlət katibi indiki prezident seçkisində həm də “yaxşı ana və nənə” kimi qızına “tərəf-müqabillik” edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG