Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 13:16

Prezident Administrasiyasının əməkdaşları koronavirusa yoluxub


Prezident Administrasiyasında 19 nəfər koronavirusa yoluxub.

Bunu iyunun 9-da Azərbaycan paytaxtı Bakıda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Amma konkret kimlərin yoluxduğu açıqlanmayıb.

Ramin Bayramlı Fövqəladə Hallar Nazirliyində (FHN) də 5 nəfərin koronavirusa yoluxduğunu deyib.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında da COVID-19-a yoluxanların olduğunu qeyd edib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 200 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 409 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 98 nəfərin öldüyü açıqlanıb.

XS
SM
MD
LG