Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 18:05

Prezident 11 minlik müavinətdən danışdı


Nazirlər Kabinetinin iclası, 10 yanvar 2018

“Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin vərəsələrinə, - o vərəsələrə ki, o yardımı, o müavinəti almayıblar,- mənim sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur”.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev bunu yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasınadkı çıxışnda bildirib.

Dövlət başçısı vurğulayıb ki, artıq vəsaitin verilməsi prosesi başlanıb. Onun deməsinə görə, 10 minə yaxın vərəsəyə belə müvinətin verilməsi nəzərdə tutulur:

“Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür. Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq”.

Prezidentin vurğulamasına görə, bu təşəbbüs, bir məqsədi güdür ki, vaxtilə o vəsaiti almayan ailələr həmin vəsaiti alsınlar: “Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcək”.

Xatırlatma

Prezident İlham Əliyev 2018-ci il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Ancaq bəzi həlak olmuş əsgər ailələri fərmanın icrasından narazılıq edirlər. Fərmanın onlara aid edilmədiyini bildirən narazılar bir neçə dəfə Prezident Administrasiyasının, Milli Məclisin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar. Həttə etiraz aksiyasında onlardan saxlanıb, inzibati həbs cəzası alan da olub.Onlara məhkəməyə üz tutmaq tövsiyə edilib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də narazıların fikirlərinə münasibət bildirib.

"1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. "Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında" Qanuna əsasən, varislərə 50000 – 200000 manat sığorta ödənişi həyata keçirilib..." - deyə, şirkət bəyan edib.

Ancaq bəzi ekspertlər də deyirlər ki, həmin vaxt vərəsələrə verilən 50000 manat indiki məzənnə ilə 20 dollardan da az edir.Onların fikrincə, həmin vərəsələrə də indi verilən 11 min manatın ( 6 min 500 dollara yaxın) böyük bir hissəsi təqdim edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG